Bakı Dövlət Universitetinin bəzi “tələbələrinin” akademik Abel Məhərrəmova qarşı ittihamları haqsızdır! Tələbələrin əsas vəzifəsi isə elmi biliklərə yiyələnməkdir!

26/02/2014

Son günlərdə Azərbaycanın təhsil sisteminin flaqmanı olan Bakı Dövlət Universiteti ətrafında baş verən hadisələri çox narahatlıqla qarşıladım. Bütün Azərbaycan ziyalıları və valideynlər bilir ki, son illərdə Bakı Dövlət Universitetində obyektivliyin artırılması, təhsilin səviyyəsinin yüksəldilməsi, tələbələrin hüquqlarının qorunması üzrə böyük miqyaslı işlər aparılır. Son illərdə BDU-nun rəhbərliyinin tərkibində və iş stilində böyük dəyişikliklər aparılıb.

BDU-nun rektoru, AMEA-nın akademiki, millət vəkili A.M.Məhərrəmov tanınmış alim, böyük elm və təhsil təşkilatçısı, Heydər Əliyev strateji xətti və ideyalarının sadiq icraçısıdır. Onun son illərdə elm və təhsilin bir-birini tamamlayan inkişafının təmini, elmi qurumlarda Universitet kafedralarının açılması, birgə elmi tədqiqat və layihələrin icrası üzrə apardığı işlər çox təqdirə layiqdir. Akademik A.Məhərrəmov tələbələrin ehtiyaclarını analiz edərək onların tələblərinə həmişə qayğı ilə yanaşıb.

Bütün qeyd etdiyim nəticələrə elmi və kadr hazırlığı üzrə birgə kontraktlarımızın icrası üzrə BDU-ya tez-tez gedişim, Universitet tələbə və müəllimləri ilə görüşüm və nəhayət tələbə valideyni kimi öz müşahidələrim əsasında gəlmişəm.

Belə olduğu halda necə olur ki, hansısa bir tələbə "haqsızlıq" haqqında kompaniyaya başlasın? Oxumaq istəməyən, dərsə gəlməyən və dövlət təhsil qurumu üzrə yeni strateji xəttin əksinə çıxan belə tələbələrə necə haqq vermək olar?

Şəhidlik dində də, Azərbaycan dövləti və xalqı tərəfindən də fəxr və hörmətlə yad edilən, lazımi maddi və mənəvi dəstəklənən bir insanlıq rəmzidir. Mənə elə gəlir ki, bu gün Respublikamızda hamımızın fəxri sandığımız şəhid ailələrinə olan diqqət və dəstək ən yüksək səviyyədədir. Bu diqqət, qayğı və onlara olan ehtiram həmin insanların ailələri üzərinə də böyük məsuliyyət qoyur. Heç kim haqq verməyib ki, bu cür müqəddəs bir addan istifadə edərək tələbə dərsə gəlməsin, dərslərini oxumasın, ən ülvi insanlardan olan müəllimi təhqir etsin.

Mənə elə gəlir ki, yaranmış vəziyyət obyektiv həll olunmazsa, Universitetlərə yalnız hansısa yolla diplom almaq xatirinə daxil olmuş bu cür "tələbələr", özlərinə tapdıqları hansısa "imtiyazlara" istinaq edərək Universitetlərimizdə və sonralar isə siyasi oyunbazların əlinə düşərək başqa miqyaslarda böyük iğtişaşlar yarada bilərlər.

Bir tələbə eyni fəndən üç dəfə imtahan vermək imkanından istifadə edə bilməyibsə və xüsusi qayğı ilə ona yanaşma olmasına baxmayaraq nəticədə hamını təhqir və tənqid edirsə, o şəxsi necə tələbə adlandırmaq olar?

Beləliklə, bütün qeyd etdiklərimin nəticəsində hesab edirəm ki, akademik A.Məhərrəmov və BDU-nun rəhbərliyinin göstərilən məsələdə mövqeyi və onların müzakirə olunan məsələ üzrə qərarları çox obyektivdir.

AMEA, RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor A.A.Qəribov

Xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin azad edilməsi münasibətlə xalqımızı təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin azad edilməsi münasibətlə xalqımızı təbrik edib
26/10/2020

BDU alimlərinin məqaləsi dünyanın nüfuzlu jurnalında dərc olunub

BDU alimlərinin məqaləsi dünyanın nüfuzlu jurnalında dərc olunub
26/10/2020

Prezident İlham Əliyev xalqa müraciət edib

Prezident İlham Əliyev xalqa müraciət edib
26/10/2020