Bakı Dövlət Universitetinin Dövlət Mükafatına təqdim etdiyi iş

21/05/2010

Bakı Dövlət Universitetinin Elmi Şurasının 18.03.2010-cu il tarixli iclasının qərarı ilə A.X.Mirzəcanzadə, A.M.Məhərrəmov,  R.İ.Abdullayev, X. B. Yusifzadəin, E.Q.Şahbazovun, R.Ə.Qurbanovun, S.F.Əhmədovun,  M.Ə.Ramazanovun,  Ş.Ş. Şəfiyevin,  E.A.Kazımovun həmmüəllif olduqları  ″NEFT SƏNAYESİNDƏ  NANOTEXNOLOGİYA″  (fundamental elmi araşdırma, ixtira və tətbiq) adlı işləmə Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə  Dövlət Mükafatına təqdim edilmişdir.

İlk dəfə olaraq neft sənayesinin texnoloji proseslərində nanotəsir və nanomühitin tədqiqi əsasında texniki-texnoloji və iqtisadi göstəricilər ciddi surətdə yaxşılaşdırılmışdır. Bu məqsədlə ilk növbədə metal nano hissəcikləri (MNH) əsasında yeni sistem yaradılmış, onun saxlanılması və stabilləşdirilməsi üzrə kompleks elmi-tədqiqat işləri aparılmışdır. Bunun əsasında «Azneft» İB-nin NQÇİ-lərinin kiçik hasilatlı və yüksək dərəcədə sulaşmış quyularda nanokompozisiyaların tətbiqi nəticəsində neft hasilatının 2,0-2,5 dəfə artmasına, neftin çıxarılmasna sərf olıman enerjinin 15%-ə qədər azaldılmasma, quyulardan çıxarılan mayedə suyun miqdarınm 20%-ə qədər azalmasma nail olunmuşdur.

Nanokompozisiya sistemlərinin (NANOBİTUM, NANONEFT, nanometal poliakrilamid və s.) quyuya daxil edilməsi nəticəsində mayenin səthi gərilməsi 70%-ə qədər, duz çökməsi isə 60%-ə qədər azalmış, asfalt-qətran-parafin çöküntülərinə qarşı mübarizədə effekt 70%-ə qədər artmış, məhsuldar laylarda neftin hərəkət etməsində sürət 50%-ə qədər artmışdır.

Qazmada elmi-praktiki baxımdan mühüm nəticələr alınmışdır. Qazma texnologiyasında "gil qabığı - qazma aləti" kontaktında sürtünmə əmsalı 3-15 dəfə azalmış, hidrofob səthinin islanması isə 25%-dən çox artmışdır.

Əldə edilmiş nəticələr nanotexnologiyaların neftin hasilatında, quyuların qazılmasında, neftin və qazın boru kəmərləri ilə nəqlində, neftin hazırlanmasında, parafinə və korroziyaya qarşı mübarizədə, qazın yeraltı anbarlara vurulmasında və s. istiqamətlərdə tətbiq olunması üçün cüzi risklərə, eyni zamanda kiçik məsrəf (1:26) sərf etməklə həyata keçirilmişdir. Bütün bu nəticələr mədən-sınaq işləri əsasında təsdiq edilmişdir.

Yuxarıda qeyd olunan nəticələr kəmiyyət və keyfiyyətcə dünya təcrübəsində ilk dəfə alınmışdır.

″NEFT SƏNAYESİNDƏ  NANOTEXNOLOGİYA″ adlı işləməyə  respublikanşn və dünyanın bir çox alimləri müsbət rəy vermişlər və onun elmi-praktik əhəmiyyətini yüksək qiymətləndirmişlər.Azərbaycan alimlərinin işinə ABŞ-ın Minnesota Universitetindən prof.Ron Keyplprof. Viktor Jdankin, Almaniyanın Saarland Universitetindən Prof. Ingolf Bernhardt, Rumıniyanın Ovidus Universitetindən prof.Eden Mamut, Rusiya Federasiyasından akad. V.V. Lunin, akad.A.Y.Xavkin, MDB ölkələrinin nanotexnologiya üzrə Beynəlxalq innovasiya mərkəzinin direktoru prof. A.V.Ruzayev, Ukrayna respublikasından akad. B.E.Paton, Azərbaycan Dövlət Mükafatı laureatı, akad.Musa Rüstəmov, Azərbaycan Dövlət Mükafatı laureatı, akad.Kamil Sadıxov, Azərbaycan Dövlət Mükafatı laureatı akad. Məhərrəm Məmmədyarov, akad.V. M. Fərzəliyev, əməkdar elm xadimi, akad.Siyavuş Qarayev, akad. N. M. Seyidov, akad.Ziya Səmədzadə, AMEA-nın müxbir üzvü, prof. Mustafa Salahov, AMEA-nın muxbir üzvü, prof. Vaqif Abbasov və əməkdar elm xadimi prof, Musa Bayramov müsbət rəy vermişlər və əhəmiyyətini yüksk qiymətləndirmişlər.

Neft sənayesində nanotexnologiya işi ″Abşeron″ Qİİ-nin ″Balaxanı″ yatağında, ″Qum Adası″ DQİİ-nin ″Qum-dəniz″ yatağında, ″Bibi-Heybət″ sahəsində, Qum adası DQİİ 1947, 1953, 1960 saylı quyularda sınaqdan keçirilmiş və müsbət nəticələr sınaq aktları ilə təsdiq edilmişdir.

Aparılmış tədqiqat işləri düyanın bir sıra nüfuzlu elmi jurnallarında [j. Carbohydrate Polymers, Polymer-Plastic Technology and Engineering journal), Life Science Journal, Journal of Optoelectronics and Advanced Materials,  J. Nanotexnika] dərc edilmişdir.

Nanotexnologiyanm neftçıxarma sistemlərində tətbiqi ilə əlaqədar hazırlanmış proqramın yerinə yetirilməsi üzrə müəlliflərin təklifi ixtira kimi 2005-ci ildə qeydiyyatdan keçmiş və patent alınmışdır ( N2 A 20050250).

Dünyanın neftlə zəngin olan ölkələrində  Azərbaycan alimlərinin təklif etdiyi bu texnologiyanın  neft sənayesinə tətbiqi ilə əlaqədar beynəlxalq konfrans və sipoziumlar təşkil edilir və tədqiqat işləri üçün maliyyə vəsaitləri ayrılır. Belə ki, Bakı Dövlət Universitetinin alimlərinin təqdim etdiyi «Nanotexnologiyanın neftçıxarmaya tətbiqi» adlı qrant layihəsi Səudiyyə Ərəbistanı tərəfindən yüksək qiymətləndirilmiş və dəyəri 442000,0 ABŞ dolları miqdarında vəsait ayırmışdır. BDU-da ″Azneft″ İB sifarişi ilə dəyəri 30000,0AZN olan ″Nanotexnologiyanın neftçıxarmaya tətbiqinin elmi texnoloji əsasları″ adlı müqavilə uğurla yerinə yetirmişdir.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024