Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsi ilə Geoid MMC arasında anlaşma memorandumu imzalanıb

25/10/2018

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsi ilə Geoid MMC arasında anlaşma memorandumu imzalanıb. İmzalanma mərasimindən əvvəl Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov memorandumun hər iki tərəf üçün səmərəli olacağını vurğulayıb. Geoid MMC-nin direktoru Yasin Mustafayev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək, qurumun Azərbaycan təhsilinin flaqmanı olan BDU-nun yetişdirdiyi gənc kadrlara ehtiyacı olduğunu, universitet ilə əməkdaşlıqda maraqlı olduqlarını bildlrib. 
Memorandumda tərəflər birgə kadr hazırlığı, istehsalat-çöl təcrübələrinin keçirilməsi, elmi-tədqiqat işləri və istehsalatın elmi əsaslarla təşkili sahəsində birgə fəaliyyət üzrə razılığa gəliblər. Memorandumun imzalanmasında məqsəd BDU-da tədris prosesinin istehsalatla əlaqələndirilməsi, elm-təhsil-istehsalat arasında inteqrasiyanın gücləndirilməsi, tələbə və magistrantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, “Yerquruluşu, torpaq və şəhər kadastrı” və “Torpaqşünaslıq və aqrokimya” ixtisasları sahəsində istehsalat, elmi yeniliklər və innovasiyaların tədris prosesinə cəlb edilməsi, birgə elmi və layihə tədqiqatların aparılmasıdır.

Mətbuat və informasiya şöbəsi, 25 oktyabr 2018-ci il.

Xəbərlər

İİTKM-in İcraçı direktorunun müavini BDU tələbələrinə Azərbaycanın yaşıl enerji potensialına dair ustad dərsi keçib

İİTKM-in İcraçı direktorunun müavini BDU tələbələrinə Azərbaycanın yaşıl enerji potensialına dair ustad dərsi keçib
16/03/2026

BDU tələbələri "Dəmirli" yatağının geoloji-genetik modeli haqqında məlumatlandırılıblar

BDU tələbələri "Dəmirli" yatağının geoloji-genetik modeli haqqında məlumatlandırılıblar
16/03/2026

BDU-da “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub

BDU-da “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub
16/03/2026