Bakı Dövlət Universitetinin “Ekologiya və Torpaqşünaslıq” fakültəsinin əməkdaşları ilə Ekologiya İdarəsində görüş keçirilmişdir

29/12/2011

ARDNŞ-in Ekologiya İdarəsində 27 dekabr 2011-ci il tarixində Bakı Dövlət Universitetinin“Ekologiya və torpaqşünaslıq” fakültəsinin əməkdaşları ilə görüş keçirilmişdir.
Görüşdə iştirak edən fakültə dekanı N.Şəmilov, “Bioekologiya” kafedrasının müdiri N.Sadiqova, kafedranın dosenti F.Sultanzadə  Ekologiya İdarəsinin Kompleks Tədqiqatlar Laboratoriyasında olmuşlar. Görüş zamanı Ekologiya İdarəsinin baş mühəndisi Y.Ağasiyev İdarənin fəaliyyəti haqqında geniş məlumat verilmişdir.
Daha sonra qonaqlar Kompleks Tədqiqatlar Laboratoriyasının mütəxəssisləri tərəfindən laboratoriyadakı avadanlıqlar, analizlər və aparılan tədqiqat işləri ilə tanış olmuşlar.

Görüşün davamı olaraq qonaqlar “Eko Park” layihəsi ilə tanış olmaq üçün parka səfər etmişlər. Qonaqlara park ərazisində həyata keçirilmiş yaşıllaşdırma işləri, alternativ enerji mənbələrindən istifadə, tətbiq olunan damcı suvarma sistemi, parkın salınması məqsədi, qapalı şitilxana və “Ekomərkəz”in fəaliyyəti barədə geniş məlumat verilmişdir.Görüşün sonunda Bakı Dövlət Universitetinin“Ekologiya və torpaqşünaslıq” fakültəsinin nümayəndə heyəti gələcəkdə Ekologiya İdarəsi ilə əlaqələrin daha da genişləndirilməsi və Universitet tələbələrinin Ekologiya İdarəsində  təcrübə keçməsi, tətbiq olunan ekoloji layihələr haqqında məlumatlandırılması istiqamətində və birgə əməkdaşlıq   sahəsində fəaliyyət planının həyata keçirilməsi üçün razılığa gəlmişlər.

Mətbuat və informasiya şöbəsi, 29 dekabr 2011-ci il.

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb
06/06/2026

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”
05/06/2026

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar
05/06/2026