Bakı Dövlət Universitetinin elan etdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “HEYDƏR ƏLİYEV: DAHİ ŞƏXSİYYƏT, ƏBƏDİYAŞAR LİDER” adlı TƏLƏBƏ ONLAYN ESSE MÜSABİQƏSİ başa çatıb

10/05/2020

BAKI DÖVLƏT UNİVERSİTETİNİN

elan etdiyi

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının

97-ci ildönümünə həsr olunmuş

“HEYDƏR ƏLİYEV: DAHİ ŞƏXSİYYƏT, ƏBƏDİYAŞAR LİDER”

adlı

TƏLƏBƏ ONLAYN ESSE MÜSABİQƏSİ

başa çatıb

 

Bakı Dövlət Universitetinin (BDU) 16 aprel 2020-ci il tarixində elan etdiyi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: dahi şəxsiyyət, əbədiyaşar lider” adlı tələbə onlayn esse müsabiqəsi başa çatıb. Müsabiqədə Bakı Dövlət Universitetinin 70-dən çox tələbə və magistrantı iştirak edib. Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndirilib.

Müsabiqə komissiyasının qərarı ilə:

  • Birinci yerə - Filologiya fakültəsinin III kurs tələbəsi Nigar Əliyeva;
  • İkinci yerə - Sosial elmlər və psixologiya fakültəsinin II kurs tələbəsi Gülşən Qasımova;
  • Üçüncü yerə -  Hüquq fakültəsinin II kurs tələbəsi Lalə Həsənzadə və Şərqşünaslıq fakültəsinin II kurs magistrantı Taleh Mansurov;
  • Həvəsləndirici yerə - Sosial elmlər və psixologiya fakültəsinin III kurs tələbəsi Fəridə Yusibova, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin I kurs tələbəsi Məleykə Bayramlı, Jurnalistika fakültəsinin I kurs magistrantı Nigar Abbasova,  Geologiya fakültəsinin II kurs magistrantı Yusif Nəbizadə, Jurnalistika fakültəsinin IV kurs tələbəsi Kənan Novruzov, Jurnalistika fakültəsinin I kurs tələbəsi Əsgər İsmayılov layiq görülüblər.

Qaliblərin esseləri BDU-nun rəsmi saytında, sosial mediada və “Bakı Universiteti” qəzetində dərc olunacaqdır. Qaliblər diplom və müvafiq olaraq 1-ci yer - 300 manat, 2-ci yer - 250 manat, 3-cü yer (2 nəfər)  - 200 manat, həvəsləndirici yer  (6 nəfər) - 100 manat pul mükafatı ilə təltif ediləcəkdir.

Qalibləri təbrik edirik!

 

 

Xəbərlər

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq
25/07/2024

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb
25/07/2024

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
25/07/2024