Bakı Dövlət Universitetinin Enactus komandası Danimarkada keçirilən finalda yarışır

17/11/2021

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin Enactus komandası “Ecoprint” layihəsi ilə 2021-ci ilin 15-18 noyabr tarixlərində Danimarka Krallığında (Kopenhagen) keçirilən, 113 ölkənin yarışdığı Global Startup Awards mükafatları yarışmasının “Grand Final” iştirakçısı vəsiqəsini qazanıb.

“Grand Final”da iştirak üçün komanda üzvlərindən 4 nəfər - Texnologiyaların Transferi və İnnovasiyalar şöbəsinin müdiri, layihə rəhbəri Mətanət Musayeva,  Bioekologiya kafedrasının dosenti, layihə koordinatoru Məhluqə Yusifova,  komanda kapitanı Rüstəm Həsənli və informasiya texnologiyaları mütəxəssisi Kamran Qasımov 2021-ci ilin 15-18 noyabr tarixlərində Danimarka Krallığında (Kopenhagen) keçirilən müsabiqədə iştirak edirlər.

Final yarışının ilk günündə “Yaşıl liderlik!”, “Yaşıllaşdırmada kommunikasiya” və “Yaşıl investisiyalarda risklərin qiymətləndirilməsi” panellərində müxtəlif ölkələrdən startup ve şirkət yaradıcıları öz təcrübələrini bölüşüb, tədbirə qatılmış layihələr haqqında fikir mübadiləsi aparılıb. BDU-nun EcoPrint layihəsi finalda 2 nominasiya üzrə yarışacaq. Finalda “Best Vertical Stratup” nominasiyasında 12 ölkənin, “Best Green Tech Startup” nominasiyasında isə 23 ölkənin komandaları yarışacaq.

Ecoprint layihə haqqında daha ətraflı məlumat almaq üçün http://www.ecoprint.deirvlon.com, tədbir haqqında ətraflı məlumat almaq üçün https://euroasianstartupawards.com/, Global Startup Awards haqqında ətraflı məlumat almaq üçün https://www.globalstartupawards.com/ linklərinə keçid edə bilərsiniz.

Xəbərlər

BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin 11 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub

BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin 11 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub
30/07/2025

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur
30/07/2025

BDU-nun 866 bakalavr və magistri yay semestri dərslərində iştirak edir

BDU-nun 866 bakalavr və magistri yay semestri dərslərində iştirak edir
30/07/2025