BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi “Təbiət və səmərəli texnologiyalar” mövzusunda elmi-maarifləndirici tədbir keçirib

15/05/2012

15 may 2012 tarixində tələbələr üçün Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi 2 hissəli elmi-maarifləndirici tədbir keçirilib.Tədbirdə açılış nitqi ilə çıxış edən Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın müəllim seminarın əhəmiyyətində geniş danışdı və ilk təqdimatı etmək üçün sözü “Təbiət Elmləri” İctimai Birliyinin sədri Rövşən Əkbərova verib. Rövşən Əkbərov “Təbiət və texnologiya” mövzusunda çıxış edərək təbiətdəki texnologiyaların önəmini qeyd edib. “Təbiətdəki bütün canlılar təbiət dostudurlar, insan istisna olmaqla. Çünki təbiətdəki bütün canlıların molekul quruluşu yenidən istifadəyə istiqamətlənib. İnsan istehsalı olan texnologiya isə bu şəkildə deyil. Canlılar ən az məmulat və enerjidən istifadə edərək maksimum səmərə verir, öz-özlərini təmir edə bilir, yenidən istifadə olunur, eləcə də səssiz işləmə prinsipi, estetik, dözümlü və uzun ömürlü olmaları baxımından sənaye texnologiyasına nümunə təşkil edir. Ona görə də alimlərin hal-hazırda əsas araşdırma sahələrindən biri təbiəti öyrənərək canlılardakı texnologiyaları təqlid etməyə istiqamətlənib”. Rövşən Əkbərov canlılardan nümuna götürülərək istehsal edilən az tullantılı texnoloji məhsullardan və canlılardakı yüksək texnologiyalardan konkret nümunələr göstərib.

Daha sonra “Həyatın mənşəyi: nəzəriyyələr və sübutlar” mövzusu ilə çıxışını davam edən Rövşən Əkbərov həyatın mənşəyi problemini izah etməyə çalışan təkamül nəzəriyyəsinin müasir dövrdə qarşılaşdığı problemlərdən danışıb. “Hüceyrə çox kompleks sistemlərdən təşkil olunub və bu sistemlər təsadüfən, mərhələ-mərhələ əmələ gələ bilməz. Hüceyrədən əlavə, bircə zülalın belə təsadüfən əmələ gəlmə ehtimalı sıfıra bərabərdir”- deyə mühazirəçi bildirib. Həmçinin təkamülün mexanizmlərinə toxunan Ramil Rüstəmov qeyd edib ki, təbii seçmə nəticəsində əldə olunan dəyişikliklər genlərə ötürülmür. Genlərdəki dəyişiklik sadəcə mutasiyalar vasitəsilə olur ki, mutasiyaların özü də birbaşa zərərlidir. Yəni təkamülü həyata keçirəcək mexanizmlər əslində işləmir.

Bundan başqa tədbirdə milyonlarla il ərzində heç bir dəyişikliyə məruz qalmadan dövrümüzə qədər gəlib çıxan fosillər (daşlaşmış heyvan və bitki qalıqları) nümayiş etdirilib.

Tədbir tələbələrlə açıq müzakirələrdən sonara yekunlaşdırılıb.

Xəbərlər

BDU-da “QİÇS-ə qarşı bir addım” adlı tədbir keçirilib

BDU-da “QİÇS-ə qarşı bir addım” adlı tədbir keçirilib
15/10/2024

BDU-nun SABAH qruplarının 4 tələbə və məzunu 2-ci “Maarifçi” təcrübə proqramının iştirakçısıdır

BDU-nun SABAH qruplarının 4 tələbə və məzunu 2-ci “Maarifçi” təcrübə proqramının iştirakçısıdır
15/10/2024

BDU Ege Universiteti ilə “Orhun” mübadilə protokolu imzalayıb

BDU Ege Universiteti ilə “Orhun” mübadilə protokolu imzalayıb
15/10/2024