Bakı Dövlət Universitetinin magistrantları AMEA-nın Aşqarlar Kimyası İnstitutunda təcrübə keçiblər

17/02/2014

Bakı Dövlət Universitetinin “Neft kimya”sı ixtisası üzrə II kursunda təhsil alan magistrantlar AMEA-nın akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda elmi-tədqiqat təcrübəsi keçiblər. Magistrantlar müasir avadanlıqlarla təchiz olunan laboratoriyalarla tanış olublar. Məlumat verilib ki, Aşqarlar Kimyası İnstitutunun əsas fəaliyyəti neft məhsulları olan sürtkü yağlarının, yanacaqların və xüsusi mayelərin istismar xassələrini yaxşılaşdıran müxtəlif funksional təsirli aşqarların sintezinin elmi əsaslarının yaradılması, alınma texnologiyasının işlənib hazırlanması, müxtəlif təyinatlı yüksək keyfiyyətli sürtkü yağlarının və xüsusi mayelərin yaradılması, onların istehsalı ilə əlaqədar yeni xammal mənbələrinin müəyyənləşdirilməsi və mövcud mənbələrdən səmərəli istifadə olunması sahəsində fundamental tədqiqatların aparılmasından ibarətdir. Məlumat üçün bildirək ki,  cari ildən Aşqarlar Kimyası İnstitutunda BDU-nun “Neft kimyası və kimya texnologiyası” kafedrasın filialı fəaliyyət göstərir.

Mətbuat və informasiya şöbəsi, 17 fevral 2014-cü il.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026