BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2023/2024-cü tədris ili üçün V sinfə şagird qəbulu elan edir

12/05/2023

Müsabiqədə ümümtəhsil məktəblərinin, lisey və gimnaziyaların Azərbaycan və rus bölmələrinin 4-cü sinif şagirdləri iştirak edə bilərlər.

Liseyə qəbul imtahanı (Azərbaycan bölməsi üzrə 75, rus bölməsi üzrə isə 25 yer olmaqla) aşağıdakı fənlər üzrə test üsulu ilə aparılır:

-        Tədris dili (Azərbaycan dili və ya rus dili) – 25 sual;

-        Riyaziyyat – 25 sual;

-        Məntiq – 10 sual.

Qəbul imtahanında iştirak etmək üçün aşağıdakı linkdən istifadə etməklə qeydiyyatdan keçmək lazımdır: http://qebul-lisey.bsu.edu.az/

Qeydiyyat 2023-ci il 12 may tarixindən 12 iyun tarixinədək davam edəcəkdir.

Qəbul imtahanı 2023-cü il 17 iyun tarixində keçiriləcəkdir.

Qəbul imtahanı yalnız bir mərhələdən ibarət olacaqdır. Suallara cavab vermək üçün 2 saat vaxt ayrılır.

Qəbul imtahanının keçiriləcəyi yer haqqında əvvəlcədən məlumat veriləcəkdir.

 

Əlaqə üçün:

Telefon: (012) 510-74-54; (012) 510-74-94

Elektron-poçt: bdu-lisey-qebul@bsu.edu.az

Xəbərlər

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb
12/01/2026

BDU-da “Nanotexnologiyalar və nanotexnoloji aspektlər” mövzusunda təlim keçirilib

BDU-da “Nanotexnologiyalar və nanotexnoloji aspektlər” mövzusunda təlim keçirilib
12/01/2026

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da

Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti BDU-da
08/01/2026