“Gənc istedadlar” liseyi 2022/2023-cü tədris ili üçün V siniflərə şagird qəbulu elan edir

29/04/2022

Müsabiqədə hazırda ümümtəhsil məktəblərinin, lisey və gimnaziyaların Azərbaycan və rus bölmələrinin 4-cü sinif şagirdləri iştirak edə bilərlər.

 

Liseyə qəbul imtahanı (Azərbaycan bölməsi üzrə 100, rus bölməsi üzrə isə 50 yer olmaqla) aşağıdakı fənlər üzrə test üsulu ilə aparılır:

 

1. Tədris dili (Azərbaycan dili və ya rus dili) – 25 sual

2. Riyaziyyat – 25 sual

3. Məntiq – 10 sual

 

Qəbul imtahanında iştirak etmək üçün aşağıdakı linkdə qeydiyyatdan keçmək lazımdır:

http://qebul-lisey.bsu.edu.az/

 

Qeydiyyat 2022-ci il 29 aprel tarixindən 27 may tarixinədək davam edəcəkdir.

 

Qəbul imtahanı 2022-ci il 04 iyun tarixində keçiriləcəkdir.

Qəbul imtahanı yalnız 1 mərhələdən ibarət olacaq. Suallara cavab vermək üçün 2 saat vaxt ayrılır.

 

Qəbul imtahanın keçiriləcəyi yer haqqında əvvəlcədən məlumat veriləcəkdir.

 

Əlaqə üçün:

Telefon: (012) 510-74-54; (012) 510-74-94

Elektron-poçt: bdu-lisey-qebul@bsu.edu.az

Xəbərlər

BDU-nun prorektoru Macarıstanda Türk Dövlətlərinin Akademik Konfransında iştirak edib

BDU-nun prorektoru Macarıstanda Türk Dövlətlərinin Akademik Konfransında iştirak edib
30/06/2025

BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı III gənclər düşərgəsi başa çatıb

BDU-nun həmtəşkilatçılığı ilə Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” adlı III gənclər düşərgəsi başa çatıb
30/06/2025

BDU-nun komandası intellektual oyunun qalibi olub

BDU-nun komandası intellektual oyunun qalibi olub
28/06/2025