Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunda Çin şeir müsabiqəsi keçirilib

17/01/2017

Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunda Çin yeni ilinə həsr olunmuş "Bahar bayramı" adlı çin şeir müsabiqəsi keçirilib. Tədbiri Konfutsi İnstitutunun Azərbaycan və Çin  tərəfindən direktorları dosent Oqtay Cəlilbəyli və Lo Seodci açaraq Azərbaycanda bu sahədə ilk dəfə keçirilən müsabiqənin əhəmiyyətindən bəhs edib,  Çin dili və mədəniyyətinə  daha böyuk maraq yaradacağını qeyd ediblər. 10 məktəbli və 17 tələbənin qatıldığı müsabiqənin sonunda qaliblər müəyyən olunub. Məktəblilərdən Almaz Əliyeva (145 saylı məktəb), tələbələrdən isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasındakı BDU-nun Konfitsi İnstitutu filialının tələbələri Müşərrəf Mahmudova və Nərmın Abbaslı  qalib olublar.  Qaliblər sertifikat və mükafatla təltif olunublar.

Mətbuat və informasiya şöbəsi, 17 yanvar 2017-ci il.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”
04/08/2026

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”
04/08/2026

BDU-da “Açıq qapı” günləri davam edir

BDU-da “Açıq qapı” günləri davam edir
04/08/2026