Bakı Dövlət Universitetinin tələbələri mükafatlandırılıblar

22/05/2019

Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geologiya fakültəsinin tələbələri SOCAR Geofizika və Geologiya idarəsi və Azərbaycan Milli Geofizika Komitəsi İctimai Birliyinin birgə layihəsi çərçivəsində keçirilən görüşdə iştirak ediblər. Əvvəlcə SOCAR Geofizika və Geologiya İdarəsinin rəisi Elçin Şirinov qonaqları salamlayaraq görüş barədə məlumat verib.

Sonra Azərbaycan Milli Geofizika Komitəsi İctimai Birliyinin sədri Şahvələd Köçərli, Geologiya fakültəsinin Seysmologiya və yer təkinin geofizikası kafedrasının dosenti Əvəz Məmmədov və Geologiya fakültəsinin II kurs magistrantı Elnur Qasımov çıxış ediblər.

Tədbirdə tələbə viktorinası da keçirilib. Qalib tələbələr, o cümlədən Geologiya fakültəsinin tələbələri - İxtiyar Həsənli, Elnur Qasımov və Aytac Məmmədova mükafatlandırılıblar.

Mətbuat və informasiya şöbəsi, 22 may 2019-cu il.


Xəbərlər

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır
25/06/2026

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”
25/06/2026

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı
24/06/2026