Bakı məktəbliləri üçün BDU-da infosessiya

10/04/2026

Bakı şəhəri 199 nömrəli tam orta məktəbin şagirdləri üçün Bakı Dövlət Universitetində (BDU) infosessiya keçirilib.

Şagirdlər BDU-nun Heydər Əliyev, Təkamül, Faydalı qazıntılar muzeyləri, həmçinin Universitetin unikal layihəsi olan “Eko Məkan” ilə yaxından tanış olublar.

İnfosessiya zamanı şagirdlərə son illər BDU-da aparılan yenidənqurma işləri, tədris prosesində tətbiq olunan yeniliklər, Universitetin nüfuzlu beynəlxalq reytinqlərdə əldə etdiyi yüksək nəticələr, tələbələrin yerli və beynəlxalq uğurları barəsində məlumat verilib. Şagirdlər BDU ilə xarici ali təhsil müəssisələri arasında imzalanan əməkdaşlıq memorandumları və ikili diplom proqramlarının yaratdığı geniş imkanlar haqqında da məlumatlandırılıblar.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026