“Bakcell” şirkəti BDU tələbələri üçün infosessiya keçirib

15/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə “Bakcell” şirkəti tərəfindən tələbələr üçün maarifləndirici infosessiya keçirilib.

Tədbirin məqsədi tələbələri “Bakcell” şirkətinin təcrübə proqramı haqqında məlumatlandırmaq və onları bu təşəbbüsdə fəal iştiraka təşviq etmək olub.

İnfosessiyada çıxış edən “Azerconnect Group”un Yeni satış kanalları direktoru Anar Verdiyev bildirib ki, “Bakcell” ilə Təhsilin İnkişaf Fondu arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində tələbələr üçün bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu təşəbbüslər sırasında tələbələrə 5 GB həcmində internet paketinin təqdim olunması, təcrübə proqramlarının universitetlərdə geniş təbliği, təcrübə dövründə yüksək nəticə göstərən tələbələrin işlə təmin olunmasına dəstək göstərilməsi yer alır.

Təqdimat zamanı iştirakçılara təcrübə proqramının məqsədi, iştirak şərtləri, seçim mərhələləri və müraciət prosesi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, proqram gənclərə nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirmək, real iş mühitində təcrübə qazanmaq və əmək bazarına daha hazırlıqlı daxil olmaq imkanı yaradır.

İnfosessiya qarşılıqlı fikir mübadiləsi şəklində davam edib, tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026