Bakıdan olan bir qrup abituriyent BDU-da

25/04/2024

Bakı şəhəri 80 nömrəli tam orta məktəbdən olan abituriyentlər Bakı Dövlət Universitetinə (BDU) tanışlıq səfəri ediblər.

Abituriyentlər seçdikləri ixtisas qruplarına uyğun olaraq BDU-nun Mexanika-riyaziyyat, Tətbiqi riyaziyyat və kibernetika, Fizika fakültələri, laboratoriya, təcrübə və dərs otaqlarına baş çəkiblər. Abituriyentlərə BDU-dakı ixtisaslar barədə ətraflı məlumat verilib. Bildirilib ki, müasir dövrün tələbləri və karyera imkanları nəzərə alınaraq tələbələr üçün hər cür şərait yaradılıb. Universitetin müasir tədris metodları, informasiya texnologiyaları sahəsində tətbiq etdiyi yeniliklər, BDU-nun “TEKNOFEST” və “Robotex” komandalarının beynəlxalq uğurları da diqqətə çatdırılıb.

Abituriyentlər BDU-nun Heydər Əliyev, "Genetika və təkamül" muzeyləri, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi ilə tanış olublar. Nəzərə çatdırılıb ki, Mərkəzdə tələbələrin elmi yaradıcılıq potensialının üzə çıxarılması, elmi tədqiqatla məşğul olmaları üçün müxtəlif dərnəklər fəaliyyət göstərir.

Sonda tələbələr BDU-nun yeni təmir olunmuş 2 saylı tədris binasında yaradılan şəraitlə də tanış olublar.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026