Bakl Dövlət Universitetində tələbələrin "Azərbaycan Tələbə Kartı" ilə təmin edilməsi üçün sənədlərin qəbulu mərhələsinə start verilib

24/02/2017

22 fevral 2017-ci il tarixindən etibarən Bakl Dövlət Universitetində tələbələrin "Azərbaycan Tələbə Kartı" ilə təmin edilməsi üçün sənədlərin qəbulu mərhələsinə start verilib. Tələbə Endirim kartını əldə etmək istəyən hər bir tələbə gün ərzində saat 11:00-dan 18:00-a qədər Tələbə Gənclər Təşkilatına və ya Yeni korpus tədris mərkəzinin 1-ci mərtəbəsində yaradılmış qeydiyyat mərkəzinə lazimi sənədlərlə müraciət edə bilərlər.
Lazımi sənədlər: 
Şəxsiyyət vəsiqəsinin əsli və surəti
Tələbə bileti
Məlumat üçün bildirək ki, İlk qeydiyyat günü 4 korpusda keçirilib. Hazırda qeydiyyat prosesi  2 korpusda davam edir. Azərbaycan Tələbə Endirim Kartı 2016-cı ildən etibarən Avropa Gənclər Kartı Assosiyasiyasının daxilindədir və Azərbaycan Tələbə Gənclər Təşkilatları Ittifaqı Azərbaycan üzrə AGKA-nın rəsmi nümayəndəsidir.Bu günə olan statistikaya əsasən Avropada 6 milyondan çox gənc bu kartın daşıyıcısıdır.Bu karta sahib olan hər bir gənc tələbə Avropanın 38 ölkəsində 80.000-dən çox məkanlarında endirimlərdən yararlana bilərlər.Eyni zamanda tələbələrimiz ölkə daxilində 200-dən çox təyin olunan müxtəlif məkanlarda 10%-dən 55%-dək endirimlərdən yararlana bilərlər.

Mətbuat və informasiya şöbəsi, 24 fevral 2017-ci il

Xəbərlər

BDU-da 40-dan çox Vətən müharibəsi iştirakçısı təhsil alır

BDU-da 40-dan çox Vətən müharibəsi iştirakçısı təhsil alır
22/09/2023

BDU-da İsrail universitetləri ilə bağlı təqdimat keçiriləcək

BDU-da İsrail universitetləri ilə bağlı təqdimat keçiriləcək
22/09/2023

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
22/09/2023