“BaTiO3 nanohissəciklərinin smektik A fazalı maye kristalın fiziki xassələrinə təsiri” mövzusunda onlayn elmi seminar keçirilib

15/07/2020

İyulun 15-də Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində “BaTiO3 nanohissəciklərinin smektik A fazalı maye kristalın fiziki xassələrinə təsiri” mövzusunda onlayn elmi seminar keçirilib.

BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Məmməd Rəcəbov karantin döründə keçirilən bu tip tədbirlərin əsas məqsədinin fakültə əməkdaşlarının, gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsindən ibarət olduğunu bildirib.

Daha sonra Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dissertantı Şirxan Hümbətov “BaTiO3 nanohissəciklərinin smektik A fazalı maye kristalın fiziki xassələrinə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə müasir displey texnologiyasının əsasını təşkil edən maye kristalların keyfiyyət parametrlərinin nanotexnoloji üsullarla yüksəldilməsi probleminə aydınlıq gətirilib.

Müzakirələr zamanı iştirakçılar aparılan tədqiqat işlərinin elmi səviyyəsini yüksək qiymətləndirərək alınan yeni materialların sənayedə geniş tətbiq imkanları barədə fikirlərini bölüşüblər.

“Microsoft Teams” platforması vasitəsi ilə baş tutan onlayn elmi seminar iştirakçıların böyük marağına səbəb olub.

Xəbərlər

BDU-da “QİÇS-ə qarşı bir addım” adlı tədbir keçirilib

BDU-da “QİÇS-ə qarşı bir addım” adlı tədbir keçirilib
15/10/2024

BDU-nun SABAH qruplarının 4 tələbə və məzunu 2-ci “Maarifçi” təcrübə proqramının iştirakçısıdır

BDU-nun SABAH qruplarının 4 tələbə və məzunu 2-ci “Maarifçi” təcrübə proqramının iştirakçısıdır
15/10/2024

BDU Ege Universiteti ilə “Orhun” mübadilə protokolu imzalayıb

BDU Ege Universiteti ilə “Orhun” mübadilə protokolu imzalayıb
15/10/2024