BDU 2024/2025-ci tədris ili üçün “Orhun” mübadilə proqramı üzrə tələbə qəbulu elan edir

02/04/2024

Bakı Dövlət Universiteti (BDU) 2024/2025-ci tədris ili üçün “Orhun” mübadilə proqramı üzrə tələbə qəbulu elan edir. “Orhun” mübadilə proqramı tələbələrə Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırgızıstan universitetlərində bir semestr ərzində təhsillərini davam etdirmək imkanı verir.

Müraciət üçün tələb olunan sənədlər:

Akademik transkript
Tələbə məlumat forması
Tələbə müraciət forması (müraciətdə yalnız bir universitetin adı qeyd oluna bilər)

Proqramda iştirak edən universitetlər haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar:

http://turkunib.org/tr/site/index/#about

“Orhun” mübadilə proqramına müraciət etmək istəyənlərdən sənədləri orhun@bsu.edu.az elektron poçtuna pdf formatında göndərmələri xahiş olunur.

Son müraciət tarixi: 30 aprel 2024-cü il

Tələbə müraciət forması

Tələbə məlumat forması

Xəbərlər

Xalq yazıçısı, BDU-nun Himayəçilər Şurasının üzvü Elçin Əfəndiyev vəfat edib

Xalq yazıçısı, BDU-nun Himayəçilər Şurasının üzvü Elçin Əfəndiyev vəfat edib
03/08/2025

Ana dilimiz – milli sərvətimiz, iftixarımız

Ana dilimiz – milli sərvətimiz, iftixarımız
01/08/2025

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub
01/08/2025