BDU 2026/2027-ci tədris ili üçün “Orhun” mübadilə proqramı üzrə tələbə qəbulu elan edir

31/03/2026

Bakı Dövlət Universiteti (BDU) 2026/2027-ci tədris ili üçün “Orhun” mübadilə proqramı üzrə tələbə qəbulu elan edir. “Orhun” mübadilə proqramı tələbələrə Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırgızıstan universitetlərində bir semestr ərzində təhsillərini davam etdirmək imkanı verir.

Müraciət üçün tələb olunan sənədlər:

Akademik transkript

Tələbə məlumat forması

Tələbə müraciət forması (müraciətdə yalnız bir universitetin adı qeyd oluna bilər)

Xarici dil sertifikatı (istəyi ilə)

Proqramda iştirak edən universitetlər haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar:

(https://turkunib.org/en)

“Orhun” mübadilə proqramına müraciət etmək istəyənlərdən sənədləri orhun@bsu.edu.az elektron poçtuna pdf formatında göndərmələri xahiş olunur.

Son müraciət tarixi: 25 aprel 2026-cı il

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026