BDU ABŞ-ın Linkoln Universiteti ilə birgə ikili diplom proqramı çərçivəsində magistr hazırlayacaq

06/08/2021

Bakı Dövlət Universiteti ilə ABŞ-ın Linkoln Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında magistratura pilləsində “Biznesin təşkili və idarə edilməsi” (MBA) ixtisaslaşması üzrə beynəlxalq ikili diplom proqramı həyata keçirilir. Proqram çərçivəsində iqtisadi və idarəetmə elmlərinin fundamental və tətbiqi metodlarından istifadə edərək öz peşə fəaliyyətlərində praktik problemləri təsnif etmək və onları effektiv həll etmək bacarıqlarına malik mütəxəssislər hazırlanacaq. İxtisaslaşma üzrə tədris prosesinə hər iki universitetin bu sahə üzrə ixtisaslaşmış professor-müəllim heyəti cəlb olunacaq.

Magistrantlar idarəetmə iqtisadiyyatı, biznes strategiyası və qərarqəbuletmə, maliyyə menecmenti, əməliyyatların idarəedilməsi kimi sahələr üzrə dünya elminin son nailiyyətlərindən bəhrələnəcək, 21-ci əsrin yüksək rəqabətli qlobal iş mühitində kritik olan problemləri innovativ üsullarla həll etmək, qərar qəbul etmək və strateji idarəetmə bacarıqlarına malik mütəxəssis kimi yetişəcəklər.

Qeyd edək ki, 2021-ci ilin ilk yarısında BDU dünyanın 4 qabaqcıl universiteti ilə beynəlxalq ikili diplom proqramları üzrə müqavilərlər imzalamış və ölkəmizdə ilk dəfə olaraq 2 ixtisas üzrə üçlü diplom proqramlarının həyata keçirilməsi üzrə razılıq əldə etmişdir.

Xəbərlər

Çinli tələbə: “BDU-dakı çoxmədəniyyətli mühit elmi inkişafıma töhfə verdi” - MÜSAHİBƏ

Çinli tələbə: “BDU-dakı çoxmədəniyyətli mühit elmi inkişafıma töhfə verdi” - MÜSAHİBƏ
12/02/2026

BDU ilə Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universiteti arasında anlaşma memorandumu imzalanıb
12/02/2026

BDU-da Birinci Türkoloji Qurultayın simulyasiya konfransı keçiriləcək

BDU-da Birinci Türkoloji Qurultayın simulyasiya konfransı keçiriləcək
12/02/2026