BDU alimi beynəlxalq konfransda məruzə edib

08/02/2021

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının professoru Ziyatxan Əliyev beynəlxalq konfransda məruzə ilə çıxış edib. “Funksiyalar nəzəriyyəsinin müasir metodları və onlarla əlaqəli məsələlər” mövzusunda keçirilən konfrans Rusiya Federasiyasının Voronej Dövlət Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Rusiya Elmlər Akademiyasının V.A. Steklov adına Riyaziyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Voronej qış məktəbi” layihəsi çərçivəsində baş tutub. Zoom platforması üzərindən təşkil olunan konfransda Rusiya, ABŞ, Fransa, Almaniya, Qazaxıstan və digər ölkələrin tanınmış alim-tədqiqatçıları məruzələr ediblər.

Z.Əliyev konfransda “Operatorların spektral nəzəriyyəsi və sərhəd məsələləri nəzəriyyəsi” bölməsində “Sərhəd şərtlərinə spektral parameter daxil olan dördüncü tərtib adi diferensial operatorların məxsusi funksiyaları üzrə ayrılışlarının müntəzəm yığılması” adlı təqdimatla çıxış edib. Məruzədə sərhəd şərtlərinə spektral parameter daxil olan məsələlərin tarixi, əldə olunan nəticələr və bu sahədə qarşıya çıxan çətinliklər haqqında geniş məlumat verilib. Əldə olunan nəticələr şərh edilərək konfrans iştirakçılarının sualları cavablandırılıb.

Konfrans haqqında daha geniş məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz: https://vzmsh.math-vsu.ru/

Xəbərlər

BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir

BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir
01/07/2026

BDU alimlərinin həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” monoqrafiyası nəşr olunub

BDU alimlərinin həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” monoqrafiyası nəşr olunub
01/07/2026

BDU və Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantın dissertasiya müdafiəsi keçirilib

BDU və Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantın dissertasiya müdafiəsi keçirilib
01/07/2026