BDU alimi metal nanohissəciklərin bioloji sintezinə dair tədqiqatlar aparıb

01/06/2023

Bakı Dövlət Universitetinin  (BDU) Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilovun həmmüəllif olduğu “Bioloji/kimyəvi əsaslı metal nanohissəciklərin sintezi, xarakteristikası və ətraf mühitə tətbiqi” (Biological/chemical-based metallic nanoparticles synthesis, characterization, and environmental applications”) adlı elmi iş “Web of Science” elmmetrik bazasına daxil olan (IF: 5.545) “Frontiers in Chemistry ”  jurnalında çap olunub.

https://www.frontiersin.org/articles/10.3389/fchem.2023.1191659/full

Məqalədə metal nanohissəciklərin bioloji sintezindən bəhs edilir. Müəlliflər icmal məqalədə bu istiqamətdə yerli və xarici alimlərin işlərinə istinad verərək, alınan elmi nəticələri müqayisəli analiz edib, müsbət tərəflərini və qarşıya çıxa biləcək problemləri  işıqlandırıblar. Nanohissəciklərin müxtəlif sintez üsulları olsa da, bioloji üsul ekoloji cəhətdən təmiz və təhlükəsiz üsuldur. Nanohissəciklər günümüzdə elmin fərqli sahələrində, xüsusən də tibbdə geniş tətbiq edilir, onların səmərəli üsulla sintezi olduqca aktual məsələdir.

Xəbərlər

BDU-da Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin nümayəndə heyəti ilə görüş

BDU-da Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin nümayəndə heyəti ilə görüş
30/01/2026

2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
30/01/2026

2026-cı il Gənclər üçün Prezident mükafatçılarından 2-si BDU-nun məzunudur

2026-cı il Gənclər üçün Prezident mükafatçılarından 2-si BDU-nun məzunudur
30/01/2026