BDU alimi İranda beynəlxalq elmi festivalda iştirak edib

28/03/2019

“Pərvin Etesami” festivalı Şərqi Azərbaycan vilayətinin ümumi 100 kitabxanasında şairənin əsərlərinin, onun haqqında yazılmış monoqrafiya və müxtəlif kitabların nümayişi, Pərvin Etesaminin şeirlərindən ibarət kalliqrafiya və rəsm sərgiləri, şeir gecəsi və musiqi məclisləri, bölmə iclaslarının təşkilindən ibarət olub. Konfrans materiallarının toplusu da daxil olmaqla, Pərvin ədəbi şəxsiyyətinə həsr olunmuş altı kitab işıq üzü görüb. Şairənin Azərbaycan dilinə tərcümə edilmiş bir sıra seçilmiş şeirləri “Ləldən parlaq” adı altında nəşr olunub.

Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin tədris işləri üzrə dekan müavini, İran filologiyası kafedrasının baş müəllimi Cavanşir Məmmədzadə “Pərvin Etesami” beynəlxalq festivalında Təbriz Universitetinin professoru xanım Bağerinin sədrlik etdiyi bölmə iclasında “Pərvin Etesaminin həyat və yaradıcılığının Azərbaycan Respublikasında öyrənilməsi” mövzusunda həm fars, həm də Azərbaycan dillərində geniş məruzə ilə çıxış edib. Bundan əlavə, beynəlxalq festivalın ikinci bölmə iclasına rəhbərlik Cavanşir Məmmədzadəyə həvalə olunub. Həmin bölmə iclasında on nəfər alimin məruzəsi dinlənilib. İran İslam Respublikasının bir sıra hökumət rəsmiləri, dövlət məmurları, xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları, tanınmış alim, şair, yazıçı, incəsənət xadimləri, tələbə və doktorantların iştirakı ilə baş tutan bağlanış mərasimində “Pərvin Etesami” beynəlxalq festivalının işində fəal iştirakına, dolğun və məzmunlu məruzəsinə görə Azərbaycandan Cavanşir Məmmədzadə “Təşəkkürnamə” ilə mükafatlandırılıb. Diplomuİran İslam Respublikasının Mədəniyyət və islami istiqamətləndirmə nazirinin müavini Möhsün Cavaditəqdim edib.

Qeyd edək ki, həmin xüsusi diploma Cavanşir Məmmədzadə ilə yanaşı Türkiyə, Pakistan və Banqladeşdən olan daha üç məruzəçi layiq görülüb.


Mətbuat və informasiya şöbəsi, 30 mart 2019-cu il

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024