BDU alimi saxaroza və nişastanın kariesin əsas törədicisi olan bakteriyalara təsirini öyrənib

10/01/2023

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor  Xudaverdi Qənbərovun həmmüəllif olduğu “Saxaroza və nişastanın təsirindən sonra Streptococcus mutans bakteriyasının biopərdə əmələ gətirməsində iştirak edən proteom dəyişiliklərinin müqayisəsi”  (“Comparing proteome changes involved in biofilm formation by Streptococcus mutans after exposure to sucrose and starch”) adlı məqalə “Web of Science” bazasına daxil olan Q3 kvartil “Biotechnology and Applied Biochemistry” (2023-cü il) jurnalında dərc olunub.

Streptococcus mutans bakteriyası diş infeksiyalarının (karies və parodontit də daxil olmaqla) əsas törədicisidir. İşin məqsədi S.mutans ştamında biopərdənin və proteom profilinin yaranmasında saxaroza və nişastanın rolunu qiymətləndirməkdir. Biopərdənin əmələ gəlməsi mikrotitrləmə üsulu ilə təyin edilib. Saxaroza və nişastanın təsirindən sonra bakteriyanın zülallarındakı dəyişikliklər mass-spektrometrik metodla araşdırılıb. Biopərdənin əmələ gəlməsi 1% saxaroza olan mühitdə 392%, 1% nişasta olan mühitdə isə 166%  (şəkərlər olmayan mühitlə müqayisədə) artıb. Saxarozanın təsirindən 50S ribosomal L29 zülal, nişastanın təsirindən isə 50S ribosomal L16 zülal normadan çox olub.

Nəticələr göstərib ki, şəkərlər Streptococcus mutans bakteriyasının  patogenliyini artırır. Eyni zamanda, səkərlər biopərdənin əmələ gəlməsini müxtəlif yollarla, məsələn, xüsusi zülalların ekspressiyasını dəyişməklə induksiya edə bilərlər.

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:

https://doi.org/10.1002/bab.2442

Xəbərlər

Tariximizin qanlı səhifəsi: 1918-ci ilin mart soyqırımı

Tariximizin qanlı səhifəsi: 1918-ci ilin mart soyqırımı
31/03/2025

BDU kollektivi Qubada Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib

BDU kollektivi Qubada Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib
31/03/2025

BDU kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

BDU kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
31/03/2025