BDU alimi xərçəngin diaqnostikasında tüpürcək biomarkerlərindən istifadəyə dair tədqiqat aparıb

30/08/2022

Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilovun  həmmüəllif olduğu “Xərçəngdə tüpürcək biomarkerləri” (“Salivary biomarkers in cancer”) adlı elmi iş “Web of Science” elmmetrik bazasına daxil olan (IF: 5.394) “Advances in Clinical Chemistry” jurnalında fəsil kimi çap olunub.

Qeyd olunan elmi işdə xərçəng xəstəliyinin diaqnostikası üçün tüpürcək biomarkerlərinin istifadəsindən bəhs edilir. Tüpürcək kliniki əhəmiyyət kəsb edən biomarkerləri aşkarlamaq üçün istifadə oluna və asanlıqla əldə edilə bilən, qeyri-invaziv və ucuz qiymətə olan nümunədir. Proteomika, transkriptomika, metabolomika və mikrobiomikanı əhatə edən tüpürcək əsaslı “omiks” texnologiyaları sürətlə inkişaf edib, maye biopsiyası və nanoelmdə diaqnostik məqsədlə tətbiq oluna bilər. Analitik üsullardakı irəliləyişlər tüpürcəyin yalnız ağız boşluğundan bütün fizioloji sistemə və müvafiq olaraq fərdiləşdirilmiş təbabətə qədər tətbiq sahəsini artırıb. Bütün bunları nəzərə alaraq, qeyd olunan elmi işdə tüpürcəkdə biomarkerləri müəyyən etmək üçün analitik yanaşmalardakı son nailiyyətlər və onların xərçəngə diqqət yetirməklə diaqnostik, proqnoz və terapevtik markerlər kimi potensial istifadəsi araşdırılıb.

Elmi işlə aşağıdakı linkdə tanış olmaq olar:

https://www.sciencedirect.com/science/article/abs/pii/S0065242322000476

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2025

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək  
21/02/2025

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
21/02/2025