BDU alimin məqaləsi impakt faktorlu jurnalda dərc edilib

09/09/2020

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat elmi-tədqiqat İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin “Commutators of the fractional maximal function in generalized Morrey spaces on Carnot groups” (“Karnot qruplarında ümumiləşmiş Morri fəzalarında kəsr maksimal funksiyanın kommutatoru”) adlı məqaləsi “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Complex Variables and Elliptic Equations” 0.695 impakt faktorlu jurnalda dərc edilib. (https://www.tandfonline.com/toc/gcov20/65/10?nav=tocList)

Məqalədə ümumiləşmiş Orliç-Morri fəzalarında kəsr maksimal kommutatorun güclü və zəif məhdudluq teoremləri isbat edilib. Həmçinin Karnot qruplarında verilmiş ümumiləşmiş Morri fəzalarında kəsr maksimal kommutatorun Spanne və Adams tipli məhdudluğu üçün meyar alınıb.

Məqaləni oxumaq üçün linkə keçid edin:

https://www.tandfonline.com/doi/full/10.1080/17476933.2020.1793969


Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026