BDU alimin məqaləsi Q1 kateqoriyalı beynəlxalq jurnalda

15/03/2021

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-tədqiqat İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində müəllifi olduğu məqalə çap olunub. Məqalə “Revista de la Real Academia de Ciencias Exactas, Físicas y Naturales. Serie A.Matemáticas” yüksək impakt faktorlu Clarivate Analytics Web of Science elmmetrik bazassına daxil olan Q1 kateqoriyalı jurnalda dərc edilib. (İF 1.406)

(https://www.springer.com/journal/13398)

“Bircins qruplarda hipoelliptik operatorlar üçün ümumiləşmiş Sobolev-Morri qiymətləndirmələri” adlı məqalədə bircins qruplarda subxətti inteqral operatorların ümumiləşmiş Morri fəzalarında məhdudluğu alınıb. Baxılan subxətti operatorlar harmonik analizin bir çox operatorlarını, o cümlədən, bircins qruplarda təyin olunmuş  Hardi-Littlvud və kəsr maksimal operatorları, Kalderon-Ziqmund sinqulyar inteqral operatorları, kəsr inteqral operatorları və s. özündə saxlayır. Bundan başqa tətbiq olaraq bircins qruplarda hipoelliptik operatorlar üçün ümumiləşmiş Sobolev-Morri qiymətləndirmələri verilib.

Məqaləni oxumaq üçün linkə keçid edin:

https://link.springer.com/article

Xəbərlər

BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir

BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir
01/07/2026

BDU alimlərinin həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” monoqrafiyası nəşr olunub

BDU alimlərinin həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” monoqrafiyası nəşr olunub
01/07/2026

BDU və Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantın dissertasiya müdafiəsi keçirilib

BDU və Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantın dissertasiya müdafiəsi keçirilib
01/07/2026