BDU aliminin həmmüəllif olduğu məqalə yüksək impakt faktorlu jurnalda dərc olunub

06/05/2022

Bakı Dövlət Universitetinin (BDU) “Nanomaterialların kimyəvi fizikası” kafedrasının dosenti və Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Flora Hacıyevanın həmmüəllif olduğu “Mis-polipropilen əsaslı nanokompozitlərin quruluşu və termiki xassələri” (“Structure and thermal properties of copper-polypropylene based nanocomposites”) adlı məqalə “Web of Science” elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu “Journal of Thermoplastic Composite Materials” jurnalında (IF=3,330) çap olunub.

Məqalədə izotaktik polipropilen və mis nanohissəciklərin əsasındakı polimer nanokompozitlərin quruluşu və xassələrinə dair tədqiqatın nəticələri təqdim edilib. Polimer nanokompozitlərin quruluşu və xassələri rentgen diffraksiya analizi (XRD), infraqırmızı spektroskopiya (FT-İR), atom-qüvvət mikroskopiya (AQM), skanedici elektron mikroskopiya (SEM), termoqravimetriya analizi (TQA), differensial skanedici kalorimetriya (DSK) metodları ilə tədqiq olunub.

Müəyyən edilib ki, mis nanohissəciklərinin izotaktik polipropilen polimerinin matrisinə daxil edilməsi nanokompozitlərin termostabillik, mexaniki möhkəmlik, ərimə entalpiyası, kristallaşma, ərimə temperaturları və s. fiziki-mexaniki və istilik-fiziki xassələrinin artmasına səbəb olur. Bu isə polipropilen kimi çox yayılmış və geniş istifadə olunan termoplastik sənaye polimeri əsasındakı nanokompozitlərin tətbiq imkanlarını daha da genişləndirə bilər.

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:

doi.org/10.1177/08927057221094987

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək
09/10/2026