BDU aliminin həmmüəllifi olduğu məqalə impakt faktorlu jurnalda dərc edilib

15/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilovun və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynovanın  həmmüəllif olduqları “Yaşıl sintez, Gundelia tournefortii yarpaq ekstraktlarından istifadə etməklə qızıl nanohissəciklərinin xarakterizə edilməsi və onların nanotibbi (antibakterial, göbələk əleyhinə və sitotoksik) imkanlarının təyini” (“Green Synthesis, Characterization of Gold Nanomaterials using Gundelia tournefortii Leaf Extract, and Determination of Their Nanomedicinal (Antibacterial, Antifungal, and Cytotoxic) Potential”) adlı məqalə “Web of Science” elmmetrik bazasına daxil olan “Journal of Nanomaterials” jurnalında (IF: 2.986) çap olunub.

Məqalədə xərçəng xəstəliyi və antibiotiklərə qarşı rezistentliklə mübarizədə mühüm rol oynayan qızıl nanohissəciklərinin Gundelia tournefortii yarpaq ekstraktı ilə yaşıl sintezindən bəhs edilir.

Məqalədə aparılan tədqiqatlar nəticəsində əldə edilmiş qızıl nanohissəciklərinin (AuNP)  bəzi bioloji xüsusiyyətləri müasir metodlar ilə (Skanedici elektron mikroskop, UV spektrofotometr, XRD analiz və s.) araşdırılıb. Həmçinin, qızıl nanohissəciklərinin patogen mikroorqanizmlərə qarşı antimikrob aktivliyi və xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alması müəyyən edilib.

Məqaləni aşağıdakı linkdən oxumaq olar:

https://www.hindawi.com/journals/jnm/2022/7211066/

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026