BDU aliminin məqalələri impakt faktorlu jurnallarda dərc edilib

12/08/2020

Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri Elmi-tədqiqat İnstitutunun  (ETİ) “Nəzəri Fizika” şöbəsinin müdiri, dosent Şahin Ağayevin çoxkvarklı adronlara həsr edilmiş tədqiqatlarinin nəticələri nüfuzlu, Web of Science Clarivate Analytics beynəlxalq elmi məlumat bazasına daxil olan yüksək impakt faktorlu jurnallarda dərc edilib.

“The scalar hexaquark uuddss: a candidate to dark matter?” (Skalyar uuddss heksakvarkı: görünməz maddəyə namizəd?) adlı məqalə Journal of Physics G: Nuclear and Particle Physics 47, 095001 (2020) (IF=2.415) jurnalında dərc olunub. Məqalədə altı kvarkdan ibarət uuddss tərkibli skalyar hissəciyin kütləsi hesablanıb, onun mütləq sabit xarakteri nümayiş etdirilib. Heksakvark adı ilə tanınan bu hissəciyin kainatda “Görünməz Maddə”  (Dark Matter) rolunu oynaya bilməsi, bir sıra astrofiziki problemlərin izahında yeri müzakirə olunub.

Heavy exotic scalar meson” (Ağır eqzotik skalyar meson) və “Stable scalar tetraquark” (Stabil skalyar tetrakvark) adlı məqalələr müvafiq olaraq Physıcal Revıew D 101, 094026 (2020) (IF=4.38) və The European Physical Journal A A56, 177 (2020) (IF=2.176) jurnallarında dərc edilib. Məqalələr yüksək enerjilər fizikasının aktual problemlərindən olan və son illərdə intensiv nəzəri və eksperimental tədqiqatlar obyektinə çevrilən dördkvarklı mezonların və ya tetrakvarkların araşdırılmasından bəhs edir. Bu tədqiqatlarda ağır bb kvarklardan və yünğül udus antikvarklardan ibarət mezonların güclü və elektromaqnit təsirlərə qarşı dayanıqlı olduqları sübut edilib. Bu tetrakvarkların yalnız zəif qarşılıqlı təsir nəticəsində parçalana bilməsi göstərilib.  Məqalələrdə onların kütlələri, tam effektiv en kəsikləri və yaşama müddətləri hesablanıb. Əldə olunmuş nəticələr LHCb, BESШ, Belle qrupları tərəfindən aparılan eksperimentlər üçün mühüm əhəmiyyət kəsb edir.

Məqalələri oxumaq üçün linklərə keçid edə bilərsiniz:

  1. https://doi.org/10.1088/1361-6471/ab9a0e
  2. https://doi.org/10.1103/PhysRevD.101.094026
  3. https://doi.org/10.1140/epja/s10050-020-00187-9

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024