BDU aliminin məqalələri impakt faktorlu jurnallarda dərc olunub

27/07/2020

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Mikrobiologiya kafedrasının müdiri, professor Xudaverdi Qənbərovun həmmüəllif olduğu elmi məqalələri Web of Science Clarivate Analitics elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnallarda dərc olunub.

1. “Fabrication and characterization of a titanium dioxide (TiO2) nanoparticles reinforced bio-nanocomposite containing Miswak (Salvadora persica L.) extract - the antimicrobial, thermo-physical and barrier properties” (Tərkibində Misvak (Salvadora persica L.) ekstraktı olan bionanokompozitlə gücləndirilmiş titanium dioksid (TiO2) nanohissəciklərinin hazırlanması və xarakteristikası - antimikrob, termofiziki və baryer xassələri ). International Journal of Nanomedicine, ( IF- 4.37).

Məqalədə titan dioksid nanohisscikləri ilə mismak bitkisi ekstraktının qarışığından ibarət yeni antimikrob preparat alınıb, onun antimikrob, termofiziki və baryer xassələi öyrənilib.

2. “Carbohydrate polymer-based silver nanocomposites: Recent progress in the antimicrobial wound dressings” (Karbohidrat polimer- əsaslı gümüşnanohissəciklər: antimikrob sarğı materiallarında yeni nailiyyətlər). Carbohydrate Polymers, (İcmal məqalə, IF- 6.044).

Məqalədə irinli yara törədən bakteriyalara qarşı mübarizədə gümüş nanohissəciklərin tətbiqi ilə bağlı əldə olunan son nailiyyətlərin analizi aparılıb.

3. “Long non-coding RNA molecules in tuberculosis” (Vərəm xəstəliyində kodlaşdırmayan uzun RNT molekulları). International Journal of Biological Macromolecules, 2020, Vol.156, PP. 340–346 (İcmal məqalə, IF- 4.784).

Məqalədə vərəm xəstəliyi törədən bakteriyaların antibiotiklərə qarşı davamlılıq mexanizmində kodlaşdırmaya malik olmayan uzun RNT molekullarının rolunun mümkünlüyü üzə çıxarılıb.

4. “Acinetobacter baumannii Efflux Pumps and Antibiotic Resistance” (Acinetobacter baumannii bakteriyasının çıxarma nasosu və antibiotikə davamlılıq). Infection and Drug Resistance, (İcmal məqalə, IF- 3.443).

Məqalədə insanlarda ciddi infeksion xəstəlik törədən Acinetobacter baumani bakteriyasının antibiotiklərə qarşı davamlılıq mexanizmləri araşdırılmış, “çıxarma nasosu” mexanizminin cox mühüm rolu göstərilib.

5. “How CRISPR-Cas System Could Be Used to Combat Antimicrobial Resistance” (CRISPR-Cas sistemi antimikrob davamlılığa qarşı necə istifadə oluna bilər). Infection and Drug Resistance, (İcmal məqalə, IF- 3.443).

Məqalədə klasterli muntəzəm aralıqlı qısa palindramik (residiv) təkrarlanmalar sisteminin patogen mikrobların antibiotiklərə davamlılığına qarsı istifadə yolları araşdırılıb.

6. “AdeB efflux pump gene knockdown by mRNA mediated peptide nucleic acid in multidrug resistance Acinetobacter baumannii” (AdeB çıxarma nasosu geninin mRNT bağlıqlı peptidli nuklein turşusu vasitəsilə tormozlanmasının Acinetobacter baumannii bakteriyasının coxlu dərmanlara davamliliğında istifadəsi). Microbial Pathogenesis, (IF- 2.581)

Məqalədə eksperimental olaraq “cıxarma nasosu” mexanizminin fəaliyyətinin gen (molekul) səviyyəsində peptidli nuklein turşusu vasitəsilə tormozlanmasının mümkünlüyü göstərilib.

7. “Oral spirochetes: Pathogenic mechanisms in periodontal disease” (Ağız boşluğu spiroxetləri: parodontoz xəstəliklərındə patogenliyin mexanizmləri). Microbial Pathogenesis, (İcmal məqalə İF- 2.581).

Tədqiqatda ağız boşluğunda parodontoz xəstəliyini törədən Spiroxet cinsli bakteriyalarin patogenlik mexanizmləri analiz edilib və bu mexanizmlərin fəaliyyətinin molekulyar səviyyədə tormozlanması istiqamətində tədqiqatların aparılmasının vacibliyi göstərilib.

 

Məqalələri oxumaq üçün linklərə keçid edə bilərsiniz:

1. http://doi.org/10.2147/IJN.S201626;

2. https://doi.org/10.1016/j.carbpol.2019.115696

3. https://doi.org/10.1016/j.ijbiomac.2020.04.030

4. http://doi.org/10.2147/IDR.S228089

5. http://doi.org/10.2147/IDR.S247271

6. https://doi.org/10.1016/j.micpath.2019.103825

7. https://doi.org/10.1016/j.micpath.2020.104193

 

Xəbərlər

BDU-da “Böyük türk şairi Nazim Hikmət və türk dünyası” kitabının təqdimatı keçirilib

BDU-da “Böyük türk şairi Nazim Hikmət və türk dünyası” kitabının təqdimatı keçirilib
10/12/2024

BDU-da keçirilən "Heydər Əliyev mühazirələri"nin növbəti qonağı Milli Məclisin üzvü Hikmət Babaoğlu olub

BDU-da keçirilən "Heydər Əliyev mühazirələri"nin növbəti qonağı Milli Məclisin üzvü Hikmət Babaoğlu olub
10/12/2024

BDU-da “Poeziyamızın parlaq simaları 100 yaşında” adlı kitab sərgisi

BDU-da “Poeziyamızın parlaq simaları 100 yaşında” adlı kitab sərgisi
10/12/2024