BDU aliminin məqalələri yüksək impakt faktorlu beynəlxalq jurnallarda dərc edilib

12/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nəzəri fizika kafedrasının əməkdaşı, fizika üzrə elmlər doktoru Azər Əhmədovun həmmüəllifi olduğu “Xarici bircins qravitasiya sahəsində olan koordinatdan asılı kütləli xətti harmonik ossilyatorun dəqiq həll olunan modeli” (Exactly solvable model of the linear harmonic oscillator with a position-dependent  mass under external homogeneous gravitational field) adlı məqalə “The  European Physical Journal Plus” 137, 540 (2022) adlı 3.911 yüksək impakt faktorlu  “Clarivate Analytics” Q1 kateqoriyalı jurnalda dərc edilib.

Məqalədə kütləsi koordinatdan asılı olan M(x) qeyri-relyativistik dəqiq həll olunan kvant xətti osillayator modeli xarici bircins qravitasiya sahəsi tətbiq olunan haladək genişləndirilib. Bu sistemi təsvir etmək üçün kommutasiya etməyən impuls və kütlə operatorları arasındakı bütün mümkün nizamlamaları özündə saxlayan koordinatdan asılı kütləli ümumiləşmiş sərbəst hamiltonianından istifadə edilib. Nəticədə ossilyatorun tezliyi yenidən normallaşmış olur. Bu halda da məsələ dəqiq həll olunur, stasionar halların dalğa funksiyaları psevdo-Yakobi çoxhədlilərlə ifadə edilir və enerji səviyyələrinin sayı sonlu qalır. Göstərilib ki, kütlənin masştab parametrinin sonsuzluğa yaxınlaşdığı limit halında sistem xarici qravitasiya sahəsində yerləşən sabit kütləli xətti qeyri-relyativistik kvant harmonik ossilyatoruna keçir. Məqalədə həmçinin ümumiləşmiş hamiltonianın bəzi xassələri təhlil olunub.

Azər Əhmədovun həmmüəllifi olduğu “Proton-proton və proton-antiproton toqquşmasında  rho mezonun birbaşa yaranması” (Direct  rho meson production in proton- proton and proton-antiproton collisions) adlı məqalə isə 1.381 yüksək impakt faktorlu  “Clarivate Analytics” Q4 kateqoriyalı “International  Journal of Modern  Physics” A 37, No. 08, 2250042 (2022) jurnalında dərc edilib.

Məqalədə kvant xromodinamikasında proton-proton və proton-antiproton toqquşmasında uzununa polyarizə olunmuş rho mezonun birbaşa yaranması tədqiq olunub. Bu zaman yüksək tvist effektlərinin prosesin effektiv en kəsiyinə verdiyi əlavələr, müxtəlif paylanma amplitudları üçün hər iki prosesdə mezonun eninə impulsundan və yeyinliyindən asılılığı hesablanıb, bir-birləri və aparıcı tvistlə müqayisə edilib. Qeyd edilib ki, yüksək tvistin prosesin en kəsiyinə verdiyi əlavələr eninə impulsun kiçik qiymətlərində daha böyükdür. Tədqiqatda üstünlük təşkil edən alt proseslər müəyyənləşdirilib.

Məqalələri aşağıdakı linklərdən oxumaq olar:

https://doi.org/10.1140/epjp/s13360-022-02715-6

https://doi.org/10.1142/S0217751X22500427

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024