BDU aliminin məqaləsi beynəlxalq impakt faktorlu jurnallarda dərc olunub

02/06/2023

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Ziyatxan Əliyevin həmmüəllifi olduğu "Sərhəd şərtinə spektral parametr daxil olan bəzi dördüncü tərtib qeyri-xətti məxsusi qiymət məsələsinin qlobal bifurkasiyası haqqında nəticələr” ("Global bifurcation results for some fourth‐order nonlinear eigenvalue problem with a spectral parameter in the boundary condition")  və “Bəzi qeyri-xətti Sturm-Liuvill məsələlərində sonsuzluqdan qlobal bifurkasiya” (“Global bifurcation from infinity in some nonlinear Sturm-Liouville problems”) adlı məqalələr  “Web of Science” beynəlxalq elmmetrik bazasına daxil olan Q1 kvartilli "Tətbiqi Elmlərdə Riyazi Metodlar" (“Mathematical Methods in the Applied Sciences”)  (İF: 3.007) və “Malayziya Riyaziyyat Elmləri Cəmiyyətinin Bülleteni” (“Bulletin of the Malaysian Mathematical Sciences Society”)  (İF: 1.397) jurnallarında dərc olunub.

https://doi.org/10.1002/mma.8580

https://doi.org/10.1007/s40840-023-01490-6

Məqalələrdə sərhəd şərtinə spektral parametr daxil olan ikinci və dördüncü tərtib adi diferensial tənliklər üçün asimptotik xətti məxsusi qiymət məsələlərinin trivial olmayan həllərinin sonsuzluqdan qlobal bifurkasiyası tədqiq edilib. Bu məsələlərdən hər birinin trivial olmayan həllərinin asimptotik bifurkasiya nöqtələrindən budaqlanan və həmin nöqtələrin ətrafında uyğun xətti məsələlərin məxsusi funksiyalarının və onların törəmələrinin osillyasiya xassələrinə malik siniflərdə yerləşən bir cüt qlobal kontinuumlar ailəsinin varlığı isbat edilib.

Xəbərlər

BDU-da bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” platformasına inteqrasiya prosesi tam başa çatıb

BDU-da bakalavriat səviyyəsi üzrə məzunların elektron diplomlarının “mygov” platformasına inteqrasiya prosesi tam başa çatıb
11/08/2026

BDU-nun Filologiya fakültəsində 7 ixtisas üzrə kadrlar hazırlanır

BDU-nun Filologiya fakültəsində 7 ixtisas üzrə kadrlar hazırlanır
11/08/2026

BDU-nun Fizika fakültəsində 3 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun Fizika fakültəsində 3 ixtisas üzrə tələbə qəbulu aparılır
11/08/2026