BDU aliminin məqaləsi impakt faktorlu jurnalda dərc olunub

15/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərovun həmmüəllif olduğu məqalə Clarivate Analitics Web of Science elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnalda dərc olunub. “Non-sterile corn steep liquor a novel, cost effective and powerful culture media for Sporosarcina pasteurii cultivation for sand improvement” (“Qeyri-steril qarğıdalı ekstraktı qumun xassələrini yaxşılaşdıran Sporosarcin pasteurii bakteriyasını becərmək üçün yeni səmərəli qidalı mühitdir”) adlı məqalə Journal of Applied Microbiology jurnalında yayımlanıb. 2020, p.1-13 (IF-3,066)

Mikroorqanizmər vasitəsilə CaCO3 duzunun çökdürülməsi torpağın biobərpası metodlarından biridir. Məqalədə Sporosarcina pasteurii bakteriyasını iqtisadi cəhətdən səmərəli qeyri-steril qarğıdalı ekstraktında becərməklə yüksək ureaza aktivliyinə malik biokütlənin alınması və onun qumun xassələrinin yaxşılaşdırılması üçün tətbiq imkanları qiymətləndirilib.

Məqaləni oxumaq üçün aşağıdakı linkə keçid edin:

https://sfamjournals.onlinelibrary.wiley.com/doi/abs/10.1111/jam.14866

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2025

BDU-da ustad dərsi: “Startap ekosisteminə giriş”

BDU-da ustad dərsi: “Startap ekosisteminə giriş”
17/10/2025

BDU-da “Müstəqilliyə aparan yol” adlı tədbir keçirilib

BDU-da “Müstəqilliyə aparan yol” adlı tədbir keçirilib
17/10/2025