BDU aliminin məqaləsi nüfuzlu jurnalda

13/07/2021

Bakı Dövlət Universitetinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərovun həmmüəllif olduğu elmi məqalə Web of Science Clarivate Analitics elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnalda dərc olunub.

“Dysregulation of LncRNA in Helicobacter pylori-Infected Gastric Cancer Cells” (“Helicobacter pylori bakteriyası ilə yoluxmuş mədənin xərçəng hüceyrələrində LncRNT-nin tənziminin pozulması”) adlı icmal məqalə impakt faktoru 3.411 olan BioMed Research İnternational (2021) jurnalında çap olunub.

Genetik müxtəlifliyə malik olan Helicobacter pyloru bakteriyası mədə xərçənginin əsas törədicilərindən biridir. Mədə xərçəngi bir sıra genetik pozulmalar nəticəsində yaranır. Bu pozulmalar ətraf mühit amillərinin təsirindən və H. pylori bakteriyasına yoluxmadan baş verə bilir.

LncРНT (zülal kodlaşdırmayan uzunzəncirli РНК) mədə xərçəgində spesifik funksiya yerinə yetirən və terapevtik məqsəd daşıya bilən vacib bioloji makromolekullardır. Dəyişkənliyə məruz qalmış LncPNT, zülal kodlaşdıra bilən qonşu hüceyrələrin anormal ekspressiyasını törədə bilir. Belə anormal ekspressiyalar xərçəngin əmələ gəlməsinə səbəb olur. Ekspressiyaların mexanizmləri kifayət qədər öyrənilməyib, buna görə də icmal məqalədə yüksək səviyyədə LncPNT olan və H.pylori bakteriyasına yoluxmuş populyasiyalarda mədə xərçəngi riski araşdırılmışdır.

Məqalə ilə tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

https://doi.org/10.1155/2021/6911734


Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026