BDU aliminin məqaləsi nüfuzlu jurnalda dərc olunub

10/06/2021

Bakı Dövlət Universitetinin (BDU) Mikrobiologiya və Virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərovun həmmüəllif olduğu elmi məqalə Web of Science (Clarivate Analitics) elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnalda dərc olunub.
“Induction of proteome changes involved in biofilm formation of Enterococcus faecalis in response to gentamicin” (“Gentamisinin təsirinə cavab olaraq Enterococcus faecalis bakteriyasında biolövhənin əmələ gəlməsində iştirak edən proteome dəyişiliklərin induksiyası”) adlı məqalə Microbial Pathogenesis (İF- 2.581; Q2 kvartil) jurnalında çap olunub.
Məqalədə Enterococcus faecalis bakteriyası endokardit, bakteriemiya, sidik yollarının infeksiyası və digər xəstəxanadaxili infeksiyaların faəl törədicisi olduğu qeyd edilib. Bu bakteriya biolövhə əmələ gətirməklə proteom (zülal) tərkibini dəyişir, nəticədə özünü antibiotiklərin təsirindən qoruyur və patogenliyini artırır.
Tədqiqatın əsas məqsədi E.faecalis bakteriyasında proteom dəyişiliklərin baş verməsində və biolövhənin əmələ gəlməsində qentamisinin təsirinin qiymətləndirilməsi olmuşdur. Tədqiqat üçün 25 bakteriya ştamı götürülmüş və müəyyən edilmişdir ki, gentamisinin təsirindən ştamların 65 faizində zülalların sintezi intensivləşmiş və biolövhələrin əmələ gəlməsi sürətlənmişdir. Alınan nəticələr göstərmişdir ki, bəzi antibiotiklər biolövhənin əmələ gəlməsini törətməklə (induksiya etməklə) mikrobların patogenliyini artırır və onların müalicəsini cətinləşdirə bilir.

Məqalə ilə tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

https://doi.org/10.1016/j.micpath.2021.105003

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026