BDU aliminin məqaləsi Q1 kvartil kateqoriyalı jurnalda dərc edilib

09/09/2021

Bakı Dövlət Universitetinin nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Nəzəri fizika şöbəsinin aparıcı elmi işçisi, dosent Şahin Məmmədovun  "AdS/KXD-nin yumşaq divar modelindən ρ mezon-nuklon qarşılıqlı təsir sabitinin temperatur asılılığı" (Temperature dependence of ρ meson-nucleon coupling constant from the AdS/QCD soft-wall model) adlı məqaləsi Web of Science və SCOPUS kimi bazalarda ən yüksək – Q1 kvartil kateqoriyalı jurnallar siyahısında yer alan, Amerika Fizika Cəmiyyətinin (American Physical Society) nəşr etdiyi “Physical Review D” jurnalının 2021-ci ilin avqust ayında çap olunmuş 3-cü sayında (Phys. Rev. D 104 (3), 2021) dərc edilib (https://journals.aps.org/prd/abstract/10.1103/PhysRevD.104.036010).

Məqalədə göstərilir ki, nuklon mühiti daxilində vektor mezonla nuklonların qarşılıqlı təsir sabiti mühitin temperaturu artdıqca azalır və faza keçidi temperaturu ətrafında bu sabit sıfra bərabər olur. Alınmış nəticə Kainatın yarandığı ilk anlarda zərrəciklərin qarşılıqlı təsirini başa düşməyə imkan verir.

Xəbərlər

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026