BDU aliminin məqaləsi Web of Science və SCOPUS bazalarında indekslənən nüfuzlu jurnalda dərc edilib

09/09/2021

Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin  Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi kafedrasının professoru Rövşən Əliyevin "Qabarıq çoxölçünü təsadüfi proseslər üçün Ermit-Adamar bəzi inteqral tipli bərabərsizlər" (Some Hermite-Hadamard type integral inequalities for multidimensional general preinvex stochastic processes) adlı məqaləsi Web of Science və SCOPUS bazalarında indekslənən “Communications in statistics – Theory and Methods” jurnalında (Communications in Statistics - Theory and Methods,  v.50 (14), 2021) dərc edilib (https://doi.org/10.1080/03610926.2019.1696976).

Məqalə məlum Ermit-Adamar bərabərsizliyinin stoxastik analoqunun alınmasına həsr olunmuşdur. Əvvəlcə həqiqi qiymətli təsadüfi proses üçün müəyyən mənada qabarıqlığının tərifi verilmiş və bu mənada qabarıq olan təsadüfi proseslər üşün orta kvadratik mənada inteqral tipli Ermit-Adamar bərabərsizliyi əldə edilmişdir. Alınmış nəticələr stoxastik optimizasiya məsələlərində tətbiq oluna bilər.

Xəbərlər

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026