BDU aliminin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

19/10/2021

Bakı Dövlət Universitetinin "Zərif üzvi sintez" elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, dosent Əli Xəlilovun müəllifi olduğu elmi məqalə “Web of Science Clarivate Analytics” elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnalda dərc olunub.

“Cytotoxic effect, spectroscopy, DFT, enzyme inhibition, and moleculer docking studies of some novel mesitylaminopropanols: Antidiabetic and anticholinergics and anticancer potentials” (“Bəzi yeni mezitilaminpropanolların sitotoksik təsiri, spektroskopiyası, DFT, enzim ingibə və molekulyar dokinq tədqiqatları: antidiabetik, antixolinergik və xərçəng əleyhinə imkanlar”) adlı məqalə impakt faktoru 6.165 olan “Journal of Molecular Liquids” jurnalında çap olunub.

Məqalədə müəllif tərəfindən sintez edilmiş aminspirtlərin Türkiyədən olan tədqiqatçılarla elmi əməkdaşlıq çərçivəsində spektroskopik (NMR, UV-Vis, İQ) metodlarla nəzəri və experimental tədqiqi aparılıb, onların SH-SY5Y və L-929 şiş hüceyrələrinə qarşı sitotoksik təsiri öyrənilib. Daha sonra bu birləşmələrin asetilxolinesteraza və qlükozidaza enzimlərinə qarşı ingibə xassələri araşdırılıb və bu istiqamətdə molekulyar doking hesablamar aparılıb.

Məqalə ilə tanış olmaq üçün linkə keçid edin:

https://www.sciencedirect.com/science/article/abs/pii/S0167732221024867


Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025