BDU aliminin əsəri Türkiyədə çap edilib

04/03/2021

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmlinin “Radio teatr sənəti” adlı monoqrafiyası Ankarada “Gülnar yayınları” nəşriyyatında çap olunub. Tanınmış jurnalist, filologiya elmləri doktoru, İstanbul Yeni Yüzyıl Ünversitetinin Media və jurnalistika kafedrasının müdiri, professor Yucel Sarı kitaba ön söz yazıb. Y.Sarı Azərbaycan radiosunun tarixi, onun bədii verilişlər sistemi, dram sənətinin bir qolu kimi radioteatrın inkişafı, bu sahənin formalaşmasında rolu olan böyük sənətkarlar haqqında məlumat verib, professor Q.Məhərrəmlinin mediadakı çoxşaxəli fəaliyyəti və elmi yaradıcılığından bəhs edib.
Nüfuzlu media və teleradio mütəxəssisləri - professorlar Aysel Aziz və Kamile Akgül monoqrafiya haqqında yüksək rəy bildirərək Azərbaycanda radioteatr sənətinin yüksək inkişafını və bu sahədə Türkiyədə də öyrənilməsi zəruri olan təcrübə topladığını xüsusi qeyd ediblər. Redaktorları Hamit Gök və Hüseyin Soytürk olan radio teatr haqqında kitab maraqlı tərtibatda və kütləvi tirajla nəşr edilib.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”
01/10/2026

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub
01/10/2026

BDU-da Vətən müharibəsi qaziləri ilə görüş

BDU-da Vətən müharibəsi qaziləri ilə görüş
01/10/2026