BDU alimləri badam yarpaqlarının xərçəng və mikrob əleyhinə təsirini araşdırıblar

13/03/2023

Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilov, həmin kafedranın dosenti Səbinə Ömərova və doktorantı Mehmet Tefvik Adicanın həmmüəllifi olduqları “Amigdalus communis (badam) bitkisinin yarpaqlarının sulu ekstraktının kimyəvi tərkibinin və ekstrakt vasitəsi ilə sintez edilmiş qızıl nanohissəciklərin antimikrob və xərçəng əleyhinə agentlər kimi tədqiqi” (The Investigation of the Chemical Composition and Applicability of Gold Nanoparticles Synthesized with Amygdalus communis (Almond) Leaf Aqueous Extract as Antimicrobial and Anticancer Agents) adlı elmi məqalə “Web of Science”, “SCOPUS”, “PubMed” və “AGRİS” kimi elmmetrik bazalarda indekslənən (IF: 4.927) “Molecules”  jurnalında dərc olunub.

https://www.mdpi.com/1420-3049/28/6/2428

İşin əsas məqsədi badam bitkisinin yarpaq ekstraktının kimyəvi tərkibini müəyyən etmək və həmin ekstrakt vasitəsilə biosintez edilmiş qızıl nanohissəciklərin antibakterial və sitotoksik xüsusiyyətlərini araşdırmaqdır. Yarpaq ekstraktının kimyəvi tərkibi LC-ESI/MS/MS (maye xromatoqrafiya/mass spektroskopiya) metodundan istifadə olunaraq tədqiq edilib, nanohissəciklərin sintezi, stabilləşdirilməsi və bağlanması mərhələlərinə cavabdeh ola biləcək birləşmələr müəyyənləşdirilib. Əldə edilmiş biogen qızıl nanohissəciklərin kolorektal adenokarsinoma, qlioma, yumurtalığın xərçəng hüceyrə xətlərinə və insanın dermal fibroblastlarına qarşı in vitro sitotoksik effektivliyi MTT analizi ilə qiymətləndirilib. Həmçinin əldə edilmiş nanohissəciklərin Bacillus subtilis, Staphylococcus aureus bakteriyalarına və Candida albicans göbələyinə qarşı toksik effekti müəyyən olunub. “Yaşıl biosintez” yolu ilə əldə edilmiş Au nanohissəcikləri antibakterial və xərçəng əleyhinə mübarizədə istifadə oluna bilər.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026