BDU alimləri Fransada olublar

23/06/2015

Nanoaraşdırmalar laboratoriyasının aparıcı elmi işçisi, professor Ülviyyə Həsənova və Nanomaterialların kimyəvi fizikası kaferdrasının müəllimi, Nanoaraşdırmalar laboratoriyasının böyük elmi işçisi Flora Hacıyeva Fransanın Paris şəhərində keçirilmiş Nanotech- Nanoscience-2015 beynəlxalq konfransında iştirak edib və məruzə ediblər. BDU əməkdaşları həmçinin konfransın işində kimya üzrə Nobel mükafatı laureatı, professor Jean-Marie Lehn və  fizika üzrə Nobel mükafatı laureatı, professor Albert Fertin mühazirələrini dinləyib, dəyirmi masalarda aparılan müzakirələrdə iştirak ediblər. Alimlər həmçinin Bakı Dövlət Universitetinin Nanoar Aşdırmalar Mərkəzinin və Avropanın qabaqcıl universitetləri ilə birgə həyata keçirilən ECONANO layihəsi çərçivəsində Fransanın Paris 13 Universitetinin Materialşünaslıq laboratoriyasının professorları Jean Filipp, Andrey Kanayev ilə görüşüb, layihənin yerinə yetirilmə vəziyyəti haqqında müzakirələr aparıblar. Səfər zamanı yeni bir təhsil proqramının hazırlanması ilə bağlı Paris 13 Universiteti ilə razılıq əldə edilib.

Mətbuat və informasiya şöbəsi, 23 iyun 2015-ci il.


Xəbərlər

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı

BDU “THE Sustainability Impact Ratings 2026” reytinqində ilk dəfə qlobal TOP 200-də qərarlaşdı
24/06/2026

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq

BDU-nun magistratura səviyyəsində 42 yeni ixtisaslaşma açılacaq
23/06/2026

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib

BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib
23/06/2026