BDU alimləri Masallı məktəblilərinə Ümummilli Lider Heydər Əliyevin irsi ilə bağlı mühazirə deyiblər

19/05/2023

Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi, professor-müəllim heyəti Masallı  Rayon İcra Hakimiyyəti ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Masallı şəhər R. Əlihəsənov adına 1 saylı, N. Həsənov adına Göyəçöl və Bədəlan kənd orta məktəblərinin şagirdləri ilə görüşüb.
BDU-nun rektoru Elçin Babayev, Tarix fakültəsinin kafedra müdiri Anar İsgəndərov, Kimya fakültəsinin dekanı Fuad Kərimli, Jurnalistika fakültəsinin kafedra müdiri Qulu Məhərrəmli Masallı şəhər R. Əlihəsənov adına 1 saylı, Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev, Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, Geologiya fakültəsinin müəllimi İlqar Quliyev, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dosenti Əlimusa İbrahimov, Hüquq fakültəsinin dosenti Nəsib Şükürov N. Həsənov adına Göyəçöl kənd orta məktəbi, Milli Məclisin deputatı Məşhur Məmmədov, YAP Yasamal rayon təşkilatının sədri, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dosenti Bəxtiyar Nəbiyev, Sosial elmlər və psixologiya fakültəsinin kafedra müdiri Üzeyir Şəfiyev, Biologiya fakültəsinin kafedra müdiri Əbülfəz Tağıyev, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Bədəlan kənd orta məktəbində Ulu Öndər Heydər Əliyevin irsi ilə bağlı mühazirələr deyib, şagirdləri dahi liderin zəngin həyat və fəaliyyətini dərindən öyrənməyə, onun əsasını qoyduğu dəyərləri qorumağa və inkişaf etdirməyə səsləyiblər.
Şagirdlərlə görüşən BDU-nun rektoru Elçin Babayev müasir Azərbaycan dövlətinin qurucusu və memarı, bütün həyatını xalqımızın xoşbəxt gələcəyinə həsr edən Ümummilli Lider Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin və çoxşaxəli fəaliyyətindən bəhs edib. Rektor qeyd edib ki, Ulu Öndər özünün siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və yorulmaz fəaliyyəti ilə dövlət müstəqilliyimizin bütün təhlükələrdən xilas olmasını və ildən-ilə güclənməsini, sarsılmazlığını təmin edib. Ümummilli Liderin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Dövlət müstəqilliyi uğrunda şərəfli mübarizədə müstəsna rolu olan Ulu Öndər Heydər Əliyev ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində silinməz iz buraxıb, gələcək nəsillər üçün böyük məktəb yaradıb. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının müqəddəs vəzifəsidir.

 

 

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024