BDU alimləri üçün “DataTurkey” məlumat bazasından ödənişsiz istifadə imkanı

14/02/2022

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası universitetin professor-müəllim heyəti, gənc tədqiqatçı və oxucularına 2022-ci il fevralın 15-dən etibarən bir ay sınaq müddətinə “DataTurkey” məlumat bazasının resurslarından ödənişsiz istifadə imkanı təqdim edir.

Türkiyənin bir çox dövlət və özəl qurumu tərəfindən hazırlanan iqtisadi, sosial və regional məlumatları özündə birləşdirən “DataTurkey” məlumat bazası BDU oxucuları üçün martın 15-dək açıq olacaq.

Müntəzəm olaraq yenilənən “DataTurkey”in tətbiqi sayəsində bir çox müxtəlif qurum və təşkilatların məlumat mənbələrini tək platformada rahatlıqla idarə etmək, statistik və dinamik hesabatlar hazırlamaq, zaman seriyası və ya panel məlumat cədvəli yaratmaq, göstəriciləri qrafiklərdə əks etdirmək, müəyyən edilmiş cədvəl və qrafikləri müxtəlif formatlarda yükləmək, istifadə etmək, müqayisəli cədvəllər yaratmaq, metadata fayllarını araşdırmaq mümkündür.

Sınaq müddətində “Data Turkey” məlumat bazasının resurslarına https://datatr.net/login linki vasitəsilə və ya Elmi Kitabxananın https://elibrary.bsu.edu.az səhifəsində “Tam mətnli məlumat bazaları” bölməsindən daxil olmaq mümkündür.

İstifadə qaydaları ilə tanış olmaq üçün video linkdən -  https://www.youtube.com/watch?v=5535y9TTY8o istifadə etmək olar.

“DataTurkey”in elektron ünvanı: https://dataturkey.com.tr

Qeyd edək ki, BDU-nun Elmi Kitabxanası “DataTurkey” məlumat bazasının resurslarından digər ali məktəb kitabxanaları üçün Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində bir ay müddətinə ödənişsiz istifadə imkanını yaradıb.

Xəbərlər

BDU-da süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi araşdırılır

BDU-da süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi araşdırılır
27/02/2026

BDU tələbələri üçün “AnewZ” telekanalında infossessiya

BDU tələbələri üçün “AnewZ” telekanalında infossessiya
27/02/2026

400 BDU könüllüsü “Justice for Khojaly 613” fləşmobunda iştirak edib

400 BDU könüllüsü “Justice for Khojaly 613” fləşmobunda iştirak edib
27/02/2026