BDU alimləri qamma radiasiyanın ilbizlərə təsirini araşdırıblar

20/02/2023

Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilov və həmin kafedranın dosenti Aygün Nəsibovanın həmmüəllif olduqları “Şüalanmış üzüm ilbizlərinin (Helix pomatia) Elektron Paramaqnit Rezonans üsulu ilə öyrənilməsi və biofiziki parametrlərin tədqiqi” “(Electron Paramagnetic Resonance studies of ırradiated grape snails (Helix pomatia) and investigation of biophysical parameters”) adlı elmi məqalə “Web of Science” və “SCOPUS” elmmetrik bazalarına daxil olan (IF: 4.927) “Molecules”  jurnalında dərc olunub.

Məqalə Abşeronun müxtəlif ərazilərindən toplanmış və qamma radiasiya ilə şüalandırılmış çanaqlı üzüm ilbizlərinin biofiziki parametrlərinin tədqiqinə həsr edilib.

Tədqiqatlar Elektron Paramaqnit Rezonans spektroskopiyası, İnfraqırmızı spektroskopiya və  “CANBERRA” Qamma spektroskopiyası ilə aparılıb. Aparılan tədqiqatlarda ionlaşdırıcı qamma radiasiyanın ilbiz orqanizmlərində yaratdığı yeni paramaqnit mərkəzlər araşdırılıb. Alınan nəticələr biotibbi tədqiqatlarda və ətraf mühitin biomonitorinqində mühüm əhəmiyyətə malikdir.

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:

https://www.mdpi.com/1420-3049/28/4/1872

Xəbərlər

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib
19/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək
19/08/2026