BDU alimləri “Sağlamlıq və Çirklənmə Fəaliyyət Planı”nın müzakirəsində iştirak ediblər

11/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının dosenti Məhluqə Yusifova  və ekoloji kimya kafedrasının dosenti Təranə Əliyeva Xəzər Universitetində Sağlamlıq və Çirklənmə üzrə Qlobal Alyans (GAHP) tərəfindən Azərbaycan Respublikasında həyata keçirilən “Sağlamlıq və Çirklənmə Fəaliyyət Planı” (HPAP- Health and Pollution Action Plan)  layihəsinin müzakirəsində iştirak ediblər.

Aşağı və orta gəlirli ölkələrin hökumətlərinə çirklənmə ilə bağlı sağlamlıq problemlərinin həlli yollarının həyata keçirilməsində kömək edən HPAP proqramının Azərbaycan üzrə işçi qrupuna 11 nazirlik, ARDNŞ, Bakı Dövlət Universiteti, AMEA, Dünya Bankının Azərbaycandakı nümayəndəliyi daxildir.

Seminarda HPAP-ın eksperti, Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov tərəfindən müzakirə üçün  4 layihə - “Kənd yerlərində köhnə pestisid mənbələrində çirklənmənin azaldılması və yeni pestisidlərin idarəedilməsi sxemlərinin yaradılması”, “Bakı və Sumqayıt şəhərlərində havanın keyfiyyətinin yaxşılaşdırılması”, “Abşeron yarımadasının neftlə çirklənmiş sahələrinin yaxşılaşdırılması”, “Azərbaycanda qurğuşunla çirklənmənin azaldılması üçün yol xəritəsinin hazırlanması” təqdim edilib.

Ekoloji kimya kafedrasının dosenti Təranə Əliyeva Bakı şəhərinin atmosfer havasının ekoloji dəyərləndirilməsi məqsədilə Rusiya Elmlər Akademiyasının Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə birgə aparılan elmi araşdırmalar haqqında ətraflı məlumat verib. Bioindikatorlar vasitəsilə atmosfer havasından nümunələr götürüldüyü bildirən Təranə Əliyeva qeyd edib ki, bu nümunələrdə ağır metalların və davamlı üzvi çirkləndiricilərin miqdarı, əsas çirklənmə mənbələrinin yaratdığı zərərli toksinlərin insan orqanizminə təsiri müəyyən olunur. O, Zığ gölünün yaxınlığındakı pilot sahə də daxil olmaqla, Abşeron yarımadasında neftli sahələrin yaxşılaşdırılması üzrə ekspert rəyini bildirib. Kafedrada aparılan elmi-tədqiqat işlərindən, xüsusilə də Abşeron göllərinin monitorinqi, göllərin suyundan, dib çöküntülərindən, gölətrafı torpaqlardan götürülmüş nümunələrin analizindən və əsas çirkləndirici toksiki maddələrin insan sağlamlığına təsirindən, eləcə də bu ərazilərin (Zığ gölünün timsalında) təmizlənməsi üçün yeni effektiv təmizləmə üsullarının işlənib hazırlanmasından bəhs edib.

Bioekologiya kafedrasının dosenti Məhluqə Yusifli neftlə çirklənmiş Abşeron ərazisində olan toksinlərin təhlükəsi və insan sağlamlığına mənfi təsiri barədə məlumat verib.

Təqdim olunan bütün layihələr ekspertlər tərəfindən qiymətləndirilib, layihələrin təkmilləşdirilməsi üzrə təkliflər verilib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024