BDU alimləri Vyanada STAR-NET-in Baş Məclisi və Rəyasət Heyətinin genişləndirilmiş iclasında iştirak ediblər

08/11/2017

Vyanada Beynəlxalq Atom Enerji Agentliyinin (BAEA) Baş ofisində "Nüvə texnologiyası sahəsində təhsilin və kadr hazırlığının təşkili" şəbəkəsi (STAR-NET) Baş Məclisi və Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib. Tədbirdə Bakı Dövlət Universitetini Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və dosent Flora Hacıyeva təmsil edib. Şəbəkənin icraçı direktoru Andrey Kosilov çıxış edərək tədbirin zəruriliyi, şəbəkənin strukturu, yenidən seçilməsi və rəsmi qeydiyyatdan keçdikdən sonra fəaliyyəti haqqında məlumat verib. BAEA-nın maliyyə dəstəyi ilə keçirilən iclasda şəbəkənin yeni strukturu müəyyənləşib və professor Məhəmmədəli Ramazanov yenidən rəyasət heyətinə üzv seçilib. Tədbirlə bağlı davam edən dəyirmi masalarda STAR-NET şəbəkəsi təhsil portalının geniş müzakirələri aparılıb və görülən işlər yüksək qiymətləndirilib. Müzakirələr zamanı tədbir iştirakçıları qeyd ediblər ki, nüvə texnologiyasının istifadəsi bugünkü dünya üçün reallıqdır və onun nəticəsinin ümümbəşəri əhəmiyyəti var. Nüvə texnologiyasının gələcək fəsadlarını aradan qaldırmaq üçün yüksək ixtisaslı kadrlar hazırlamaq lazımdır və hazırlıq işləri BAEA-nın nəzarəti altında aparılmalıdır.

Qeyd edək ki, STAR-NET şəbəkəsi Beynəlxalq Atom Agentliyinin (IAEA) dəstəyi ilə 2015-ci ilin sentyabrında yaradılıb və Avstriyada rəsmi qeydiyyatdan keçib. STAR-NET regional şəbəkənin əsas məqsədi nüvə sahəsində biliklərin inkişafı, idarə edilməsi, saxlanılması, yüksəkixtisaslı insan ehtiyatlarının yaradılması, təhlükəsiz nüvə texnologiyası sahəsində kadrların formalaşdırılmasının yaxşılaşdırılmasıdır. Şəbəkəyə 6 ölkədən 12 universitet qoşulub və Bakı Dövlət Universiteti bu şəbəkənin üzvüdür.

Onu da qeyd edək ki, tədbir çərçivəsində iştirakçıların Cventendorfdakı Atom elektrik stansiyasına ekskursiyaları təşkil olunub.

Mətbuat və informasiya şöbəsi, 08 noyabr 2017-ci il.

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir
19/04/2024

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib
19/04/2024