BDU alimlərinin folklorşünaslıq elminə yeni töhfəsi

14/12/2018

Dekabrın 13-də Bakı Dövlət Universitetinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında üç folklorşünas alimin -  professor N.Xəlilovun “Aşıq sənətinin yaranma tarixi və heca vəzni”, dosent Könül Həsənovanın “Kitabi-Dədə Qorqud” dastanında ənənəvi süjetlər” və dosent Məhəmməd Məmmədovun “Парадигмы тюркского мифа” adlı kitablarının təqdimatı keçirilib. Tədbirdə Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının əməkdaşları, magistrant, doktorant və dissertantlar, AMEA-nın Folklor İnstitutundan professor Füzuli Bayat, dosentlər - Əziz Ələkbərli,  Rza Xəlilov, Ağaverdi Xəlil, fil.f.d. Gülnar Osmanova iştirak edib.

Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova tədbiri açaraq, kitabların məzmunundan və elmi əhəmiyyətindən danışıb. O, N.Xəlilovun “Aşıq sənətinin yaranma tarixi və heca vəzni” adlı kitabının Təbrizdə əski əlifba ilə ana dilimizdə çap edilməsini yüksək qiymətləndirib, əsərin oradakı soydaşlarımızın aşıq sənəti haqqında məlumatlandırması məqsədi daşıdığını qeyd edib.

S.Orucova redaktoru olduğu K.Həsənovanın “Kitabi-Dədə Qorqud” dastanında ənənəvi süjetlər” adlı dərs vəsaitində dastanın əski türk təsəvvür və etiqadları ilə bağlı yaranan süjet və motivləri, qədim arxeotiplərin – Təpəgöz və Dəli Domrul obrazlarının yaranma və formalaşma spesifikası haqqında tədqiqatların yer almasından, M.Məmmədovun Kiyevdə çap olunan və  mifologiya ilə bağlı mühüm problemlərin əks olunduğu “Парадигмы тюркского мифа” adlı kitabının elmi yeniliklərindən danışıb, ümumən, hər üç nəşri müasir folklorşünaslığın nailiyyəti kimi qiymətləndirib.

Tədbir iştirakçıları da hər üç kitab haqqında fikirlərini bölüşərək əsərlərin elmi əhəmiyətini və maraqlı cəhətlərini diqqətə çatdırıb, bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Mətbuat və informasiya şöbəsi, 14 dekabr 2018-ci il.


Xəbərlər

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində qrup işləri keçirilib

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində qrup işləri keçirilib
06/12/2025

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında   

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında
05/12/2025

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
05/12/2025