BDU alimlərinin həmmüəllif olduqları məqalə impakt faktorlu jurnalda çap olunub

19/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakultəsinin Cəbr və həndəsə kafedrasının müdiri, əməkdar elm xadimi, professor Arif Səlimovun həmin kafedranın doktorantı Fidan Cəbrailzadə və Alaniya Universitetinin dosenti Seher Aslançı ilə həmmüəllif olduqları “Dual-holomorf funksiyalar və lift problemləri” adlı məqalə “Chinese Annals of Mathematics, Series B (English version)” jurnalının 2022-ci il 2-ci nömrəsində çap olunub.

Məqalədə toxunan laylanma fəzalarında dual holomorf funksiyalar istifadə etməklə tenzor meydanlarının və afin rabitələrin deformasiya olunmuş tam liftləri qurulub.

Bu jurnal 1981-ci ildən başlayaraq “Web of Science” (Clarivate Analytics) elmi məlumatlar platformasının nüfuzlu SCI-Expanded indeksinə daxildir (impakt faktoru: 0.756). Müxtəlif illərdə jurnalın redaksiya heyətində riyaziyyat üzrə Abel və Filds mükafatı laueratları olmuş M.F.Atiyah, A.Connes, P.D.Lax, S.Mori kimi məşhur riyaziyyatçılar çalışıb.

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:

https://link.springer.com/article/10.1007/s11401-022-0313-x.

Xəbərlər

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub
13/06/2026