BDU alimlərinin informasiya təhlükəsizliyinin hüquqi tənzimlənməsinə dair məqaləsi nüfuzlu xarici jurnalda nəşr olunub

06/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyev, fakültənin əməkdaşları Gülnaz Rzayeva və Aytəkin İbrahimovanın  həmmüəllifliyi ilə “Information security: Legal regulations in Azerbaijan and abroad” (“İnformasiya təhlükəsizliyi: Azərbaycanda və xaricdə hüquqi tənzimləmə”) adlı məqalə Web of ScienceScopus bazalarına daxil olan “Journal of Information Science” jurnalında dərc olunub. Q2 Q3 kateqoriyalı jurnallar siyahısına daxil olan, eləcə də Nəşriyyat Etikası Komitəsinin (COPE) üzvü olan jurnalın impakt faktoru 2.410-dur.

Məqalədə dünyada və Azərbaycanda informasiya təhlükəsizliyi məsələləri araşdırılıb, Azərbaycanın və digər ölkələrin kibertəhlükəsizlik siyasəti və hüquqi tənzimləmələrin müqayisəli təhlili aparılıb. İnformasiya təhlükəsizliyinin hüquqi və texnoloji vasitələrlə təmin edilməsinin bir sıra aspektləri, habelə bəzi məlumat kateqoriyalarının təhlükəsizliyinin təmin edilməsinin spesifik xüsusiyyətləri vurğulanıb. Hər iki istiqamətdə tövsiyələr və nəticələr təqdim olunub.

Məqalə ilə tanış olmaq üçün linkə keçid edin:

https://journals.sagepub.com/eprint/QPIV7VTMICYRGUYIVEHM/full

Xəbərlər

Milli qürur mənbəyimiz

Milli qürur mənbəyimiz
09/11/2025

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
09/11/2025

BDU könüllüləri Zəfər muzeyini ziyarət ediblər

BDU könüllüləri Zəfər muzeyini ziyarət ediblər
09/11/2025